Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə34/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   30   31   32   33   34   35   36   37   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Dayan, geriyə» və ya «Dayan, sağdan 
(soldan) keç» 
deyib saxlayır. 


Posta və ya qadağan olunmuş sərhədə yaxınlaşan şəxs bu tələbi yerinə yetirmədikdə
saatdar onu ucadan 
«Dayan, atacağam» deyib xəbərdar edir və dərhal qarovul rəisini, yaxud 
dəyişdiricini çağırır. 
Qaydanı pozan şəxs bu tələbi yerinə yetirmədikdə, saatdar patronu yuvaya yeridir və 
havaya xəbərdarlıq atəşi açır. Qaydanı pozan şəxs bu tələbi də yerinə yetirmədikdə və posta 
(qadağan edilmiş sərhədi) keçməyə cəhd göstərdikdə, yaxud belə cəhddən sonra qaçmağa üz 
qoyduqda, saatdar ona qarşı silah işlədir. 
175. Pis görmə şəraitində postlar tabelində göstərilən məsafədən posta və ya qadağan 
olunmuş sərhədə yaxınlaşanları görmək mümkün deyilsə, saatdar onu ucadan «Dayan, kim 
gəlir» deyib saxlayır. Cavab almadıqda, saatdar «Dayan atacağam» — deyə xəbərdar edir və 
qaydanı pozanı yerə uzanmağa məcbur edərək tutub saxlayır. Saatdar qaydanı pozduğuna görə 
tutulan barəsində müəyyən edilmiş siqnalla qarovul otağına xəbər verir və diqqətini 
zəiflətməyərək ona tapşırılmış obyekti mühafizə etməkdə davam edir, qaydanı pozanın 
davranışına diqqət yetirir. 
Qaydanı pozan dayanmadıqda və mühafizə edilən obyektə (posta) soxulmağa cəhd 
göstərdikdə və ya belə cəhddən sonra qaçmağa üz qoyduqda, saatdar havaya xəbərdarlıq atəşi 
açır. Qaydanı pozan bu tələbi də yerinə yetirmədikdə, saatdar ona qarşı silah işlədir. 
Saatdarın səsinə 
«Qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) gəlir» cavabı 
verildikdə, saatdar əmr edir: 
«Qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) yanıma, qalanları yerində»; 
zərurət olduqda isə saatdar yaxınlaşan şəxsin öz üzünü işıqlandırmasını tələb edir. Adı çəkilən 
şəxsin doğrudan da qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) olduğuna əmin olandan 
sonra saatdar bütün gələn şəxsləri yanına buraxır. 
Özünü qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) adlandıran naməlum şəxs 
olduqda və ya onunla olan şəxslər saatdarın öz yerində qalmaq tələbini yerinə yetirmədikdə
saatdar qaydanı pozanlara ucadan 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin