184. Qarovul otağının girəcəyində saatdar qarovul otağını mühafizə etməli və oraya özünün
üzdən tanıdığı və qarovulun tabe olduğu, yaxud onların müşayiət etdikləri şəxslərdən başqa heç
kimi buraxmamalıdır. Bu şəxslərin yaxınlaşmasını saatdar müəyyən olunmuş siqnalla qarovul
rəisinə bildirir və onları maneəsiz qarovul otağına buraxır. Bütün başqa yaxınlaşan
şəxsləri
saatdar postlar tabelində göstərilən məsafədə saxlamalı və qarovul rəisini,
yaxud onun
köməkçisini çağırmalıdır.
Pis görmə şəraitində postlar tabelində göstərilən məsafədən qarovul otağına yaxınlaşanları
görmək mümkün deyilsə, saatdar onları ucadan
«Dayan» deyib yerində saxlamalı
və qarovul
rəisini, yaxud onun köməkçisini çağırmalıdır.
Qarovul otağının yaxınlığında baş verən bütün hadisələr və qarovulun öz vəzifələrini yerinə
yetirməsinə mane ola bilən bütün nəzərə çarpan şeylər, həmçinin postlarda
eşitdiyi siqnallar
haqqında saatdar qarovul rəisinə, yaxud onun köməkçisinə məlumat verməlidir.
185. Saatdarın xüsusi vəzifəsi hər bir obyektin mühafizə və müdafiə şəraitinə uyğun olaraq
postlar tabelində göstərilir.
Avtonəqliyyat vasitələrinin sürücüsü
186. Avtonəqliyyat vasitəsinin sürücüsü qarovul heyətinin daşınmasından
ötrü dərhal
istifadə olunması üçün avtonəqliyyat vasitəsinin daim hazır olmasına cavabdehdir. O, qarovul
rəisinə və onun köməkçisinə tabedir.
Avtonəqliyyat vasitəsi sürücüsünün vəzifəsidir:
avtonəqliyyat vasitəsini işə daim hazır vəziyyətdə saxlamaq;
qarovul rəisinin və ya onun köməkçisinin sərəncamı ilə postların
yerləşmə sxemində
göstərilən marşrutla növbələri və saatdarların xidmətini yoxlayan şəxsləri postlara aparmaq və
postlardan gətirmək;
postlara gedərkən və postlardan qayıdarkən dəyişdiricinin komandalarını yerinə yetirmək.
Sürücüyə avtonəqliyyat vasitəsinin idarə olunmasını özünün tabe olduğu şəxslər də daxil
olmaqla, başqa şəxsə verməsi qadağan edilir.
Dostları ilə paylaş: