Orkestr (təbilçilər) qarovulların sağ cinahında qarovullar növbətçisi köməkçisindən üç
addım sağda dayanır.
Qarovulu dəyişmə üçün düzülüşü
196. Qarovullar növbətçisini qarşılamaq üçün onun köməkçisi növbətçinin sıraya çatmasına
40-
50 addım qalmış komanda verir:
«Qarovullar —
«DÜZLƏN», «FARAĞAT», «DİQQƏT,
SAĞA (SOLA, MƏRKƏZƏ)». Qarovullar (QAROVUL) karabinlə silahlanıblarsa,
«QAROVULLAR —
«DÜZLƏN», FARAĞAT», «sağdan (soldan, qarşıdan) qarşılamaq üçün,
qarovula — AL».
Hərbi dirijor «DÜZLƏN» komandası üzrə sıra addımları ilə orkestrin sırasının
ortasına çıxır və birinci cərgənin iki-üç addımlığında üzü sıraya tərəf dayanır. Tapançalarla
silahlanmış qarovul rəisləri birinci komandadan sonra əllərini baş geyimlərinə yapışdırırlar; hamı
başını qarovullar
növbətçisi tərəfə çevirərək, onu nəzərləri ilə müşayiət etməklə arxasınca
başlarını döndərirlər.
İkinci
komandada bundan başqa, karabinlər «qarovul» vəziyyətinə alınır.
Orkestr
Dostları ilə paylaş: