Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə39/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   35   36   37   38   39   40   41   42   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«qarşılanma marşı» çalır (təbilçilər «Səfər marşı» çalırlar). Qarovullar növbətçisinin köməkçisi 
əlini baş geyiminə yapışdıraraq sıra addımları ilə qarovullar növbətçisinə yaxınlaşır, onun iki-üç 
addımlığında dayanıb raport verir; məsələn: 
«Yoldaş mayor. Qarovullar dəyişmə üçün 
düzül
üb. Qarovullar növbətçisinin köməkçisi leytenant Xəlilov». Qarovullar növbətçisinin 
köməkçisi raportu qurtardıqdan sonra əlini baş geyimindən aşağı salmayıb sol (sağ) ayağı ilə 
yana addım ataraq eyni vaxtda sola (sağa) dönür və qarovullar növbətçisini qabağa buraxaraq, 
ondan bir-
iki addım məsafədə və sıranın xarici tərəfində onun ardınca gedir. 
Qarovullar növbətçisinin köməkçisi raport verməkdən ötrü dayandıqda orkestr (təbilçi) 
çalmağı kəsir. 
197. Qarovullar növbətçisi raportu qəbul etdikdən sonra sıranın qarşısında ortada duraraq 
qarovulun şəxsi heyəti ilə salamlaşır: 
«Salam, yoldaşlar»; salama cavab aldıqdan sonra 
komanda verir: «AZAD» 
və sağ əlini baş geyimindən aşağı salır. Qarovullar növbətçisi 
köməkçisi «AZAD» komandası verir və əlini baş geyimindən aşağı salır. Qarovul rəisləri əllərini 
baş geyimlərindən aşağı salırlar. 
Qarovullar (qarovul) karabinlə silahlandıqda, qarovullar növbətçisinin köməkçisi 
«Ayağa — 
AL» 
sonra isə «AZAD» komandası verir. 
198. Qarovullar növbətçisi köməkçisi təyin olunmadıqda, 195-197-ci maddələrdə 
göstərilmiş dəyişmədə onun vəzifələrini hərbi rütbəcə böyük olan qarovul rəisi, qarovul rəisləri 


eyni hərbi rütbədə olduqda isə bir nömrəli qarovulun rəisi yerinə yetirir. «AZAD» komandası 
verildikdən sonra isə o öz yerində durur. 
199
. Qarovullar növbətçisi qarovulları yoxlamaq üçün, lazım gələrsə, cərgələri bir-birindən 
bir addım aralayır və öz köməkçisi ilə birlikdə qarovulun tərkibini, şəxsi heyətin zahiri görkəmini, 
onların öz vəzifələrini bilmələrini, həmçinin silahlarının sazlığını yoxlayır, aşkar olunmuş 
çatışmazlıqların aradan qaldırılması üçün göstərişlər verir. 
Qarovullar növbətçisi qarovula yaxınlaşdıqda, qarovul rəisi sıradan çıxaraq özünü ona 
təqdim edir, öz qarovulunun şəxsi heyəti yoxlanarkən, qarovullar nöbətçisini müşayiət edir və 
sonra icazə alıb öz yerində durur. 
Hər hansı bir qarovul xidmət etmək üçün hazır deyilsə, qarovullar növbətçisi onun əlavə 
hazırlanması və ya başqası ilə dəyişdirilməsi üçün təyin olunduğu hərbi hissəyə qaytarır və bu 
barədə qarnizon rəisinə və hərbi komendanta dərhal məlumat verir. Bu qarovul üçün dəyişmə 
qarovullar növbətçisi və ya onun köməkçisi tərəfindən ayrıca aparılır. 
200. Qarovullar növbətçisi yoxlama qurtardıqdan sonra sıranın ortasına çıxır və 
qarovulların qarşısında üzü onlara tərəf durur; növbətçinin köməkçisi qarovullar növbətçisinin 
arxasında ondan sol tərəfdə, bir addımlıqda durur. Qarovullar növbətçisi komanda verir: 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin