DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir. Qarovullar (qarovul) karabinlə
silahlandıqda isə «Qarovullar — DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, qarşıdan) qarşılamaq üçün, Qarovula — AL» komandaları verir. Orkestr «Qarşılama marşı» (təbilçilər «Səfər marşı») çalır(lar), qarovullar (hərbi hissə) növbətçisi sağ əlini baş geyiminə yapışdıraraq
sıra addımları ilə rəisə yaxınlaşır, ondan iki-üç addımlıqda dayanıb raport verir, məsələn:
«Yoldaş polkovnik. Qarovulların (sutkalıq naryadın) dəyişməsi keçirilir. Qarovullar (hərbi hissə) növbətçisi mayor Zamanov». Qarovullar (hərbi hissə) növbətçisi raport vermək üçün
dayandıqda orkestr (təbilçilər) çalmağı kəsirlər. Qarovullar (hərbi hissə) növbətçisi rəisin
icazəsini aldıqdan sonra: «AZAD», yaxud
«Ayağa — AL» və sonra «AZAD» komandaları verir
və öz vəzifəsini yerinə yetirməkdə davam edir.
Böyük rəisi qarşılamaqdan ötrü dəyişmədə iştirak edən, lakin onun tərkibinə daxil olmayan
şəxslər orkestrin sağında bir və ya iki cərgədə düzülürlər.
Qarovulların dəyişilməsi 204. Yeni qarovul rəisi dəyişmədən sonra dəyişiləcək qarovulun yerləşdiyi yerə gəlib
qarovulu mühafizə olunan obyektin girəcəyində və ya qarovul otağının qarşısında qarovul rəisi
üçün təlimatda göstərilən məsafədə saxlayır, özünü dəyişiləcək qarovulun rəisinə təqdim edir və
ona köhnə parolu bildirir; bundan sonra öz qarovulunu qarovul otağının qarşısındakı
meydançada üzü ona tərəf düzür.
205. Köhnə qarovul rəisi ona verilən parolun düzgünlüyünə əmin olduqdan sonra otaqda öz
köməkçisini və ya dəyişdiricilərdən birini saxlayaraq öz qarovulunu qarovul otağından çıxarır və
qarovulu meydançada yeni qarovulun qarşısında altı-səkkiz addımlıqda düzür. Düzüldükdən
sonra qarovul rəisləri yeni qarovul rəisindən başlayaraq növbə ilə «Qarovul —