«Sağdan, bir-bir BOŞALT» komandası verir.
Bu komanda ilə qarovul nəfərləri növbə ilə qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti
altında öz silahlarını boşaldırlar. Maqazinləri çantaya qoyaraq
«Silah boşaldılıb» deyə məlumat
verirlər; çaxmaq çərçivəsini (çaxmağı) dala çəkərək silahı yoxlamağa təqdim edirlər. Dəyişdirici
qarovul nəfərlərinin silahlarını yoxlayır, bundan sonra qarovul nəfərləri çaxmaq çərçivəsini
(çaxmağı) qabaq vəziyyətə verib, çaxmaq dabanını buraxır, silahı qoruyucuya qoyur, süngünü
çıxardır (qatlayır), silahı «qayışa» vəziyyətinə götürür və geriyə bir addım ataraq öz yerlərində
dayanırlar. Sonra qarovul nəfərləri böyüyün komandası altında köhnə qarovul olan yerə,
dəyişdiricilər isə qarovul otağına gedirlər.
214. Köhnə və yeni qarovulların dəyişdiriciləri dəyişilmə haqqında növbə ilə öz qarovul
rəislərinə məlumat verirlər, məsələn:
«Yoldaş leytenant. Dəyişmə (dəyişilmə) yerinə yetirilib. Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib). Birinci dəyişdirici çavuş İsmayılov». Qarovul rəisləri məlumatları qəbul edərək, köhnə qarovul rəisindən başlayıb, köhnə qarovulun
postlar cədvəlini imzalayırlar və bu zaman yeni qarovul rəisi dəyişilmə zamanı aşkar edilmiş
bütün çatışmazlıqlar haqqında ora əlavələr edir.
Qarovulun dəyişilməsi zamanı onu yoxlamaq üçün gəlmiş şəxs iştirak edirsə, dəyişdiricilər
ondan icazə alaraq, qarovul rəislərinə növbənin dəyişilməsi haqqında məlumat verirlər. Yeni
qarovul rəisi dəyişdiricidən məlumatı qəbul etdikdən sonra «FARAĞAT» komandası verir və
qarovul rəisləri yoxlamağa gəlmiş şəxsə dəyişilmə haqqında növbə ilə məlumat verirlər.
Bütün hallarda qarovul rəisləri dəyişilmə haqqında öz qarovullar (hərbi hissə) növbətçisinə
telefon vasitəsilə, şəxsən raportla, yaxud yazılı surətdə qarovul nəfərləri vasitəsilə məlumat
verirlər.
215. Qarovul dəyişildikdən sonra köhnə qarovul rəisi qarovulu öz hərbi hissəsinə
(bölməsinə) aparır.
Qarovul rəisi qarovul dəyişildikdən sonra bölməyə gəlib, qarovulun şəxsi heyətini sıraya
düzərək bölmə komandirinə tapşırığın yerinə yetirilməsi haqqında məlumat verir, məsələn: