mühafizə olunan vaqonlarda və tormoz meydançalarında, göyərtələrdə və gəmidə yaşayış
otaqlarında nəqliyyatın hərbi eşelon növbətçisi tərəfindən icazəsi olan müvafiq vəzifəli şəxsləri
istisna olmaqla, heç kəsin getməsinə yol verməmək;
dəyişdiricinin və ya saatdarın müşahidəsi altında nəqliyyat işçilərini mühafizə olunan
vaqonları yoxlamağa, onların işlək hissələrini yağlamağa və təmir etməyə, gəmilərdə isə gəmi
yaşayış otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamağa buraxmaq;
yanğın
baş verdikdə, hərəkət üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə,
döyüş texnikası və digər texnika, başqa maddi vasitələr tərpəndikdə (platformalarda sürüşmə,
tankların qülləsinin, artilleriya sisteminin lüləsinin dönməsi, taraların nasazlığı,
maye yükün
sızması və s.), onların saxlanması üçün təhlükə yarandıqda qatarın dərhal dayandırılmasından
ötrü tədbirlər görmək (gəmidə kapitanın vaxta üzrə köməkçisinə xəbər vermək) və baş vermiş
hadisə haqqında hərbi eşelon növbətçisinə məlumat vermək;
təyinat məntəqəsinə gələn kimi hərbi eşelon növbətçisinin iştirakı ilə mühafizə olunan
döyüş texnikasını və digər texnikanı, başqa maddi vasitələri və vaqonları (gəmidə yaşayış
otaqlarını və göyərtəni) hərbi eşelonun bölmə komandirinə və ya döyüş texnikası və digər
texnikanı və başqa maddi vasitələri qəbuledənə təhvil vermək və sonra hərbi eşelon
növbətçisinin göstərişi ilə hərəkət etmək.
268. Saatdarlar postlar tabelinə uyğun olaraq qatarın hərəkəti zamanı mühafizə olunan və
onların yaxınlığında olan vaqonların tormoz meydançalarında (tamburlarda), tormoz
meydançaları (tamburlar) olmayan hallarda isə xüsusi
mühəccəri olan platformalarda, qarovul
yerləşən vaqonlarda və ya yaxındakı sərnişin vaqonunda; qatar dayandığı zaman mühafizə
olunan vaqonların yanında, hər saatdara qatarın bir tərəfini mühafizə etmək tapşırılmaqla onların
hər iki tərəfində yerləşdirilirlər. Gəmilərin hərəkəti zamanı saatdarlar mühafizə olunan döyüş
texnikasının və digər texnikanın və digər texnikanın, başqa maddi vasitələrin yanında
göyərtələrdə (üst tikilinin üzərində) və ya gəmidə yaşayış otaqlarında, dayanma zamanı isə
göyərtənin hər bortunda, traplarda, lazım gəldikdə körpüdə (sahildə) dayanırlar.
269. Saatdar qarovul rəisinə və dəyişdiriciyə (əgər təyin olunubsa) tabedir və 169-180-ci
maddələrdə göstərilənlərin yerinə yetirilməsindən əlavə, onun vəzifəsidir:
postu qəbul edərkən xaricdən baxmaqla döyüş texnikasının və digər texnikanın, başqa
maddi vasitələrin platformalarda və yarımvaqonlarda (gəmilərin göyərtələrində və otaqlarında)
bərkidilməsinin sazlığını, yerlərin sayını, qablaşmanın sazlığını, onların
üstünü örtmək üçün
istifadə olunan brezentlərin bağlanmasının etibarlılığını, həmçinin bağlı vaqonlarda (gəmi
otaqlarında) plombların bütövlüyünü yoxlamaq;
hərəkət zamanı və dayanacaqlarda mühafizə olunan vaqonları (göyərtələri, gəmi otaqlarını)
diqqətlə müşahidə etmək;
yanğın baş verdikdə, hərəkət üçün və ya döyüş texnikasının, digər texnikanın, başqa maddi
vasitələrin saxlanması üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə, qatarın stop-
kranla dərhal dayandırılmasından ötrü tədbir görmək, bu mümkün olmadıqda, qırmızı bayraq
tutmuş (gecələr qırmızı fənər) əlinin dairəvi hərəkəti ilə və ya havaya atəş açmaqla dayanma
siqnalı vermək; gəmidə isə kapitanın vaxta köməkçisinə xəbər vermək;
mühafizə olunan vaqonlarda, tormoz meydançalarında, göyərtələrdə və gəmi otaqlarında,
həmçinin daşınan maşınların kabinalarında və banlarında qarovul rəisinin icazəsi olmadan heç
kimin getməsinə yol verməmək;
nəqliyyat işçilərini ancaq qarovul rəisinin və ya dəyişdiricinin icazəsi ilə mühafizə olunan
vaqonları
yoxlamaq, onların işlək hissələrini yağlamaq və təmir etmək, gəmidə isə yaşayış
otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamaq üçün buraxmaq, işlərin
görülməsi zamanı onlara nəzarət etmək.
270. Qarovul rəisi qatarın (gəminin) hərəkəti zamanı, bir qayda olaraq,
dəyişdirici və ya
qar
ovul nəfərlərinin biri ilə dəyişilərək, növbə ilə istirahət edir.
Qarovul nəfərləri qarovul rəisinin icazəsi ilə növbə ilə istirahət edirlər.
Dostları ilə paylaş: