Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


Qoşunların parad komandanını və paradı qəbul edəni qarşılaması



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə55/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   51   52   53   54   55   56   57   58   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qoşunların parad komandanını və paradı qəbul edəni qarşılaması  
298. Parad komandanını qarşılamaq üçün paradda iştirak edən birləşmələrin (hərbi 
hissələrin) komandirlərindən rütbəsinə görə böyük olanı 
«DÜZLƏN», «FARAĞAT», «Diqqət — 
SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verib, qoşunların düzüldüyü haqqında məlumat verir. 
Parad komandanı məlumatı dinləyib «AZAD» komandası verir. Parad komandanını 
qarşılayanda birləşmiş orkestr çalmır. 
299. Paradı qəbul edəni qarşılamaq üçün parad komandanı «DÜZLƏN», «FARAĞAT», 
«Diqqət, — SAĞA (SOLA, MƏRKƏZƏ)», əgər karabinlərlə silahlanmış hərbi hissələr varsa
onda 
«DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, mərkəzdən) qarşılamaq üçün qarovula — 
«AL» 
komandaları verir. 
Taqım komandirləri və onlardan yuxarı vəzifəlilər əllərini baş geyimlərinə yapışdırırlar. 
Birləşmiş orkestr «Qarşılama marşı» çalır. 
300. Parad komandanı əlini baş geyiminə yapışdırıb paradı qəbul edənə yaxınlaşaraq 
raport verir, məsələn, 
«Yoldaş general-leytenant. Filan qarnizonun qoşunları filan bayrama 
həsr edilmiş parad üçün düzülüb. Parad komandanı general-mayor Əlizadə». 
Parad komandanı raport vermək üçün dayananda birləşmiş orkestr çalmağı kəsir. Raport 
qurtardıqdan sonra parad komandanı əlini aşağı salmadan paradı qəbul edəni sıranın kənarı ilə 
ondan bir az geridə yeriyərək müşayiət edir. 
301. Paradı qəbul edən qoşunların önü ilə gedərək, onlarla salamlaşır və onları təbrik edir. 
Birləşmiş orkestr «Qarşılama marşı» çalır və çalmağı ancaq paradı qəbul edənin salamlaşma və 
təbrik üçün dayandığı vaxtlar kəsir. 
Qoşunlar salam və təbrikə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət 
nizamnaməsinin göstərişlərinə uyğun cavab verirlər, bu vaxt «ura» sürəkli və gurultulu 
səslənməlidir. 
302. Paradı qəbul edən qoşunları dolanıb, paradı qəbul etmə yerinə qayıtmağa başlayanda 
qoşunlar yenidən sürəkli və gurultulu «ura» deməyə başlayırlar. Birləşmiş orkestr «Yaşa, Ana 
Vətən» çalır. 
303. Paradı qəbul edənin göstərişi ilə parad komandanı «AZAD» komandası verir. Hərbi 
hissələrin komandirləri «AZAD» komandasını təkrar edir, yaxud 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin