Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə57/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   53   54   55   56   57   58   59   60   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Çiyinə — AL» komandasında karabinlərlə silahlanmış bölmələr 
karabinləri «çiyinə» götürürlər (avtomatların «döşdə» vəziyyəti dəyişilmir); bayraqdarlar döyüş 
bayraqlarını qaldırıb, bayraq dəstəyini aşırma qayışın ucundakı stəkan formalı dəri dayağa qoyur 
və dəstəyi əlləri ilə tuturlar. 
308. Təntənəli marşla keçmək üçün parad komandanı komanda verib, qabaqda gedən 
birləşmənin (hərbi hissənin) komandirindən 30 addım irəlidə təbilçilərin qabağında durur. Paradı 
qəbul edənə bir-iki cızıqdar qalmış, əlini baş geyiminə yapışdırıb başını ona tərəf çevirir; paradı 
qəbul edənin yanından ötən kimi o, maşından düşüb paradı qəbul edəndən sağda və bir az 
geridə durur. 
309. Parad komandanının «Marş» komandasında qabaqda gedən bölmə sıra addımları ilə 
kiçik təbilçilərin çalğısı ilə yeriyir. Qalan bölmələr qabaqda gedən bölmənin durduğu yerə çatıb 
öz 
komandirlərinin komandası ilə sola dönüb düzlənir, distansiya götürür və «DÜZ GET» 
komandası ilə irəlidə gedən bölmənin arxasınca gedirlər. 
Bölmələrin sağ cinahındakılar cızıqdarlarla göstərilən xətt boyunca cızıqdarlardan bir addım 
aralı gedirlər. 
310. B
irləşmələr təntənəli marşla keçərkən, qabaqda gedən hərbi hissə bölməsinin önündə 
ortada birləşmə komandiri, ondan arxada üç addımlıqda onun müavinləri (bircərgə), müavinlərin 
arxasınca birləşmənin bayraqdarı Bayraq və assistentlərlə; Bayraqdan dörd addım geridə 


birləşmənin hərbi hissələri (bölmələri) bir-birinin ardınca müəyyən edilmiş distansiyalarda 
gedirlər. 
311. Qabaqda gedən bölmənin paradı qəbul edənə çatmasına dörd-beş cızıqdar qalmış 
birləşmiş orkestr marş çalmağa başlayır; kolonun qabağında gedən təbilçilər təbil çalmağı 
dayandırır, göstərilmiş istiqamətdə getməyə davam edirlər. 
312. Karabinlərlə «əldə» vəziyyətində təntənəli marşla keçmək üçün karabinlər paradı 
qəbul edənə üç-dörd cızıqdar qalmış öz komandirlərinin komandası (siqnalı) ilə «ələ» götürülür. 
313. Təntənəli marşla keçərkən, paradı qəbul edənə bir-iki cızıqdar qalmış hər birləşmə, 
hərbi hissə və bölmənin komandiri sağ əlini baş geyiminə yapışdırıb, başlarını paradı qəbul 
edənə tərəf döndərirlər; sıradakıların hamısı, sağ cinahda gedənlərdən başqa, eyni vaxtda 
başlarını həmin tərəfə döndərirlər. Keçən bölmənin axırıncı cərgəsi paradı qəbul edənin 
bərabərindən keçdikdən sonra komandirlər əllərini aşağı salıb, başlarını düzünə döndərirlər; 
sırada onların hamısı başlarını eyni vaxtda düzünə döndərirlər. 
Əgər bölmələr karabinlər «əldə» vəziyyətində keçirlərsə, öz komandirlərinin komandası 
(siqnalı) ilə onlar silahı «çiyinə» vəziyyətinə keçirirlər. 
Bayraqdarlar və assistentlər təntənəli marşla keçərkən, başlarını paradı qəbul edənə tərəf 
döndərmirlər. 
314. Birləşmə (hərbi hissə) komandirləri paradı qəbul edənin bərabərindən keçən kimi 
sıradan çıxır və parad komandanından beş addım sağda dururlar. 
315. Maşınlarda təntənəli marşla keçən hər birləşmə və hərbi hissə komandiri öz birləşmə 
və hərbi hissələrinin önündə avtomobildə (tankın açılmış üst lyukunda, yaxud özü hərəkət edən 
artilleriya qurğusunun qülləsində ayaq üstündə) gedirlər və paradı qəbul edənə iki-üç cızıqdar 
qalmış sağ əlini baş geyiminə yapışdırıb başlarını paradı qəbul edənə tərəf döndərməklə əsgəri 
salam verirlər. 
Qalan tank və özü hərəkət edən artilleriya qurğularının üst lyukları bağlı olmalıdır. 
Avtomobillərin (yedəklərin) kabinalarında olan hərbi qulluqçular təntənəli marşla keçərkən 
əsgəri salam vermirlər. 
Maşınların açıq kuzovunda olan hərbi qulluqçular paradı qəbul edənə iki-üç cızıqdar qalmış 
başlarını ona tərəf döndərməklə əsgəri salam verirlər. 
316. Hər bir birləşmə (hərbi hissə) paradı qəbul edənin bərabərindən keçdikdən sonra 
həmin düzülüşdə göstərilmiş yerə qədər gedir və oradan yenidən düzülmədən sonra yerləşdikləri 
yerə qayıdırlar. 
317. Axırıncı hərbi hissə paradı qəbul edənin bərabərindən keçdikdən sonra birləşmiş 
orkestr çalmağı dayandırır, sağa dönüb çıxış vəziyyətinə gedir və oradan çala-çala təntənəli 
marşla keçir. 
318. Bakıda paradlar xüsusi göstərişlərə (təlimatlara) əsasən bu fəsildə şərh edilən 
müddəalara uyğun olaraq keçirilir. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin