XX fəsil.
Qoşunların yanğınlarla və təbii fəlakətlərlə mübarizəyə cəlb edilməsi
359. Qoşunlar yanğınlarla və təbii fəlakətlərlə (daşqınlarla,
zəlzələnin nəticələri ilə,
uçqunlarla, qar yığınları ilə) mübarizəyə, yaxud yanğından və ya təbii fəlakətdən zərər çəkmiş
mülki əhaliyə kömək etmək üçün Müdafiə Nazirinin sərəncamı ilə cəlb olunurlar.
Müstəsna
hallarda, icazə almağa vaxt olmadıqda, qonşuları qarnizon rəisi öz qərarı
ilə cəlb edir və bu
barədə müdafiə nazirinə dərhal məlumat verir.
360. Ya
nğınlarla
və təbii fəlakətlərlə mübarizə, yaxud əhaliyə kömək üçün ayrılmış
qoşunlara qarnizon rəisi tapşırıq verərkən göstərir:
hansı hərbi hissə (bölmə) hansı komandirin (rəisin) sərəncamına keçir;
hərəkət qaydası;
əlavə verilən texniki vasitələr;
tap
şırığın yerinə yetirilməsi müddəti;
silah;
geyim forması;
ərzaqla təminat qaydası.
361. Hərbi hissə (bölmə) komandirləri təyin edilmiş yerə çatdıqda dərhal sərəncamına
göndərildikləri şəxsin yanına gəlib məlumat verir və onun sərəncamı ilə verilmiş tapşırığın yerinə
yetirilməsini təşkil edirlər. Əgər yanğın, yaxud təbii fəlakət yerində sərəncamına gəldikləri şəxs
olmasa, hərbi hissə komandirləri sərbəst surətdə yerli hakimiyyət orqanları və onların sərəncamı
ilə ayrılmış qüvvələrlə öz fəaliyyətini uyğunlaşdıraraq verilmiş tapşırığı
yerinə yetirməyə
başlayırlar.
Verilmiş tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə (bölmə)
komandirləri qarnizon
rəisinə və özlərinin bilavasitə rəislərinə məlumat verirlər.
362. Yanğın, yaxud təbii fəlakətlə mübarizə üçün ayrılmış hərbi hissənin (bölmənin)
komandirinin sərəncamı ilə əmlakı mühafizə etmək üçün müvəqqəti qarovullar təyin edilir. Bu
qarovullar tərkibində olduqları
hərbi hissənin komandirinə, qarnizon
rəisinə və qarnizon hərbi
komendantına, qarovullar (hərbi hissə) növbətçisinə tabe olur və ümumi əsaslarla xidmət edirlər.
363.
Hərbi hissələri, bölmələri və komandaları yerli hakimiyyət orqanlarının
nümayəndələrinə tabe etmək qadağandır.
3
saylı əlavə
«Təsdiq edirəm»
Qarnizon rəisi (hərbi hissə komandiri)
______________________________________________
( hərbi rütbəsi, imzası)
«___»____________
199____il
__________№-li ___________________________________________________qarovulun
(qarnizon, daxili)
Dostları ilə paylaş: