Həbs edilənlərin hauptvaxta göndərilməsi və onların konvoy nəfərləri ilə müşayiət edilməsi 6. İntizam qaydasında həbs edilmiş hərbi qulluqçular hauptvaxta həbs kağızı ilə
göndərilirlər.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi
qulluqçular hauptvaxta həmin orqanın qərarı ilə göndərilirlər.
Hər hansı bir cinayət etməkdə şübhəli olan hərbi qulluqçular hauptvaxta istintaq orqanının,
yaxud müstəntiqin qərarı ilə göndərilirlər.
7. İşi məhkəmədə olan, cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya
həbs edilmiş hərbi qulluqçular hauptvaxta, prokurorluğa, məhkəməyə və s. ştat silahı ilə
silahlanmış konvoy nəfərlərinin müşayiəti ilə göndərilirlər.
8. İntizam qaydasında həbs edilmiş 5 nəfərdən artıq əsgəri (matrosu) piyada sırasında
hauptvaxta göndərmək qadağandır. Həbs edilənlər bir-bir kolonla getməlidirlər. Mühafizə üçün
b
ir konvoy nəfəri təyin edilir ki, o, həbs edilənlərdən iki-üç addım geridə sağdan (soldan)
gedərək, silahını «qayışda» vəziyyətində aparmalıdır. Silah ancaq mühafizəni təyin etmiş rəisin
göstərişi ilə bu Nizamnamənin 106 və 107-ci maddələrinin tələblərinə uyğun doldurulur.
9. Böyük şəhərlərdə və yaşayış məntəqələrində bazarın içi ilə, küçə səkiləri ilə həbs
edilənləri müşayiət etmək, eləcə də onları ictimai nəqliyyatda aparmaq qadağandır.
10. İntizam qaydasında həbs edilmiş çavuşları hauptvaxta göndərmək üçün onlardan
rütbəsinə görə böyük, yaxud onlara bərabər rütbəli müşayiətçi çavuş təyin edilir. Hər üç, ya daha
az həbs edilmişə bir nəfər hesabı ilə silahsız müşayiətçi təyin edilir. Müşayiətçi həbs edilmişin
(edilmişlərin) yanında sağdan (soldan) gedir.
İntizam qaydasında həbs edilmiş zabitlər və gizirlər (miçmanlar) hauptvaxta özləri gəlirlər.
Həbs edilmişləri qarnizon hauptvaxtına göndərmək üçün qarnizon hərbi komendantının
(hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır.
Avtomob
ildə silahlı müşayiət vaxtı həbs edilənləri üzvləri hərəkətə əks istiqamətdə
oturdurlar; onlara qalxmaq və hərəkət istiqamətinə tərəf dönmək qadağandır. Silahlı konvoy
nəfərləri kuzovun qabaq hissəsində elə yerləşirlər ki, həbs edilənləri daim müşahidə edə
bilsinlər.
11. Cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş, məhkum olunmuş və
şəxsiyyəti müəyyən edilənədək tutulub saxlanmış hərbi qulluqçuların silahlı müşayiətini, eləcə də
konvoyun tərkibini və konvoy nəfərlərinin vəzifələrini qarnizon hərbi komendantı (hərbi hissə
qərargahı rəisi) hər bir hal üçün ayrıca müəyyən edir.
12. Konvoy nəfəri bu Nizamnamənin 183-cü maddəsinin göstərişinə əsasən silah tətbiq
etməlidir.