Başqa xarici nümayəndə heyəti tərəfindən abidə və məzarlara əklillər qoyularkən fəxri
qarovul və orkestr təyin edilmir. Bu halda abidənin (məzarın) yanına qarnizon rəisinin, yaxud
komendantın sərəncamı ilə bir-iki cüt saatdar qoyulur və zərurət olduqda, əklilləri onların
qoyulacağı yerə aparmaq üçün bir zabit və iki nəfər hərbi qulluqçu ayrılır.
357. Xarici hərbi nümayəndə heyəti abidə və məzarlara əklil qoyarkən, onları Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və hərbi komendant müşayiət edir.
358. Abidə və məzarlar yanına qoyulmuş saatdarlar əklillər qoyulduqdan sonra qarnizon
rəisinin müəyyən etdiyi vaxtda götürülürlər.
Dostları ilə paylaş: