4 saylı əlavə
Hauptvaxt haqqında
Ümumi müddəalar
1. Hərbi qulluqçuları həbsdə saxlamaq üçün xüsusi yer — hauptvaxt hazırlanır. Qarnizon
(ümumlager), yaxud hərbi hissə hauptvaxtı ola bilər.
2. Həbsə alınmış matroslar
və miçmanlar gəmi karserində, yaxud hauptvaxtda saxlanıla
bilərlər.
3. H
auptvaxtda intizam qaydasında və cinayət prosesini həyata
keçirən orqan tərəfindən
tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar (Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdən çox olmamaqla).
Cinayət
prosesini həyata
keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular
üçün hauptvaxtlar müvəqqəti
saxlama yerlərinin funksiyalarını həyata keçirir.
Dostları ilə paylaş: