Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə63/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   59   60   61   62   63   64   65   66   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


XIX fəsil. 
Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və 
abidələrinə əklillər qoyulması 
351. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və 
abidələrinə Azərbaycan Respublikasının Dövlət bayramları günlərində və Azərbaycan 
Respublikası müdafiə nazirinin qərarı ilə başqa günlərdə hərbi hissələrin nümayəndə heyəti 
tərəfindən əklillər qoyulur. 
352. Bakı şəhərində və «şəhidlər xiyabanı» olan digər yerlərdə dövlət, hökumət və ya hərbi 
n
ümayəndə heyəti tərəfindən əklillər qoyulduqda, qarnizon rəisinin sərəncamı ilə qarnizon hərbi 
hissələrinin bir və ya bir neçə Döyüş Bayrağı ilə silahlı fəxri qarovul və orkestr təyin edilir. 
Fəxri qarovul və orkestr parad, əklil qoymaqda iştirak edən hərbi qulluqçuları isə parad-
bayram geyim formasında olurlar. 
353. Abidələrə (məzarlara) əklillər qoymazdan qabaq müəyyən edilmiş vaxtda fəxri 
qarovulun tərkibindən oraya bir-iki cüt saatdar qoyulur. Saatdarlar karabinləri «ayaqda» 
(avtomatları «döşdə») saxlamaqla «farağat» vəziyyətində dururlar. 
Fəxri qarovul (abidənin, yaxud məzarın yerləşməsindən asılı olaraq) abidənin (məzarın) 
önündə üzü, yaxud sağ cinahı ona çevrilməklə ikicərgə düzülür, döyüş bayraqları fəxri qarovulun 
sağ cinahında qoyulur. Orkestr bayraqlardan sağda düzülür. 
354. Əklillə gəlmiş nümayəndə heyəti müəyyən edilmiş yerdə düzülür və fəxri qarovulun 
sırası qarşısından keçərək abidəyə (məzara) tərəf gedir. Nümayəndə heyətinin önündə hərbi 
komendant, yaxud fəxri qarovulun zabiti gedir. Onun arxasınca iki-üç addımlıqda iki adam bir 
əklil tutmaqla əklili gətirənlər və onların arxasınca həmin distansiyada nümayəndə heyəti üç-üç, 
dörd-
dörd kolonla gedir. Nümayəndə heyətinin fəxri qarovula çatmasına 40-50 addım qalarkən, 
qarovul rəisi karabinlərlə silahlanmış qarovula 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin