Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


İntizam qaydasında həbs edilənlərin hauptvaxtda saxlanması



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə71/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   67   68   69   70   71   72   73   74   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

İntizam qaydasında həbs edilənlərin hauptvaxtda saxlanması 
17. İntizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) və çavuşlar ümumi, yaxud 
təkadamlıq kameralarda və quru taxtlarda yatırlar. 
Çavuşlar hauptvaxtda əsgərlərdən (matroslardan) ayrı, bununla belə müddətli xidmət 
çavuşları da müddətindən artıq xidmət çavuşlarından ayrı saxlanılırlar. 
Həbs edilib hauptvaxta salınan gizirlər (miçmanlar) həbs edilmiş çavuş və əsgərlərdən 
(matroslardan), zabitlər gizirlərdən (miçmanlardan) və boş zabitlər kiçik zabitlərdən ayrı 
saxlanılırlar. 
Zabitlər və gizirlər (miçmanlar) hauptvaxtda qarovul rəisinin nəzarəti altında olurlar. 
İntizam qaydasında hauptvaxtda saxlanmaqla həbs edilmiş hərbi qulluqçular əsas əsgər 
payı norması ilə azuqə alırlar. 


18. Həbs edilənlər hauptvaxtda qoyulmuş qaydaları düzgün yerinə yetirməli, qarovul 
rəisinin (hərbi hissə növbətçisinin) və qarovulun şəxsi heyətinin tələblərini yerinə yetirməlidirlər. 
Qarnizon (hərbi hissə) hauptvaxtlarında daxili intizam qaydalarını yerinə yetirməyən həbs 
edilənlərə qarnizon hərbi komendantı (hərbi hissə komandiri) tərəfindən əlavə cəza verilir. Bu 
şəxslərin və hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) sərəncamı ilə belə şəxslər ümumi 
kameradan təkadamlıq kameralara keçirilə bilər. Belə hallarda hauptvaxt rəisi (hərbi hissə 
növbətçisi) həbs kağızında lazımi qeydlər edir. 
Hərbi qulluqçulara hauptvaxtda verilmiş əlavə həbs yeni həbs kağızı ilə sənədləşdirilir. 
19. Günün nizam qaydalarını qarnizon hauptvaxtı üçün qarnizon komendantı, hərbi hissə 
hauptvaxtı üçün isə hərbi hissə komandiri müəyyən edir. 
İntizam qaydasına hauptvaxtda ümumi kameralarda saxlanan əsgərlər (matroslar) sutkada 
10 saat işləməyə cəlb edilirlər. 
Ümumi kameralarda saxlanan müddətli və müddətindən artıq xidmət çavuşları işləməyə 
rəhbər (başçı) kimi cəlb edilirlər. 
İntizam qaydasında hauptvaxtda olan zabitlər, çavuşlar, gizirlər (miçmanlar), eləcə də 
əsgərlər (matroslar) işləməyə cəlb edilməyirlərsə, onlar üçün hər gün 4 saat müddətində sıra 
hazırlığından və nizamnamələrdən məşğələ təşkil edilir. Məşğələlər vaxtı onlara bel qayışları 
verilir. 
T
əkadamlıq kameralarda saxlanan həbs edilənlər məşğələlərə cəlb edilmirlər. 
Kameralarda keçirilən səhər baxışı və axşam yoxlanışında qarovul rəisi, yaxud onun 
köməkçisi həbs edilənlərin yerində olmasını ad siyahısı ilə yoxlayır. 
Bütün həbs edilənlərin 7 saat yatması (yuxu) nəzərdə tutulur. Gündüz onların uzanmasına 
və yatmasına icazə verilmir. Səhər qalxandan sonra taxtlar yığışdırılır, qatlanan taxtlar qatlanıb 
qıfıllanır. 
20. Sutka ərzində, işləməyə və gəzintiyə çıxarılan vaxtdan başqa, həbs edilənlər qıfıllı 
kameralarda olmalıdırlar. İntizam qaydasında həbs edilən zabit və gizirlərin (miçmanların) 
kameraları qıfıllanmır. Bütün kameraların qıfılları eyni olmalı və eyni açarla bağlanmalıdır. Bu 
açarlardan ikisi qarovul rəisinin, biri isə hauptvaxt rəisinin otağında saxlanılır. 
21. Həbs edilmiş əsgər (matros) və çavuşların alt paltarı, iş geyimi forması və ayaqqabısı 
kamerada olmalıdır. Qalan əşyalar kameradan kənarda hauptvaxt üçün müəyyən edilmiş 
qaydada saxlanılır.  



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin