Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə2/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   2   3   4   5   6   7   8   9   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


II fəsil. 
Qarnizonun vəzifəli şəxsləri və onların vəzifələri 
9. Hər bir qarnizonda qarnizon rəisi, onun tərbiyə işləri üzrə müavini və qarnizon hərbi 
komendantı təyin edilir və bu, qarnizon üzrə əmrlə elan olunur. 
10. Qarnizon rəisi Baş Qərargah rəisinin əmri ilə təyin edilir. Əmri alana qədər onun 
vəzifəsini vəzifəcə böyük olan, vəzifələr bərabərdirsə, hərbi rütbəcə böyük olan komandir (rəis) 
ye
rinə yetirməlidir. 
Qarnizon rəisi öz vəzifəsinin icrasına başlamasını qarnizon üzrə əmrlə elan edir, özünün 
bilavasitə rəisinə məlumat verir, həmçinin yerli hakimiyyət orqanlarına bu barədə xəbər verir. 
11. Bakı qarnizonunun rəisi vəzifəsini Baş Qərargah rəisinin müavini icra edir. 
12. Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini vəzifəsini həmin qarnizonun rəisi vəzifəsini 
yerinə yetirən komandirin (rəisin) tərbiyə işləri üzrə müavini icra edir. 
13. Ştatda hərbi komendantlıq olmayan qarnizonlarda hərbi komendant vəzifəsini icra 
etmək üçün zabit, onun köməkçiləri vəzifələrini icra etmək üçün isə bu qarnizonun hərbi 
hissələrindən olan zabitlər və gizirlər (miçmanlar) təyin edilirlər. 
14. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir neçə növünün, milli təhlükəsizlik, 
daxili işlər nazirlikləri qoşunlarının hərbi hissələri qarnizonda birlikdə yerləşdikdə, bu qoşunların 
hər biri üzrə hərbi komendantın köməkçiləri təyin edilir. 
Hərbi Dəniz Qüvvələri hissələrinin (gəmilərinin) yerləşdiyi qarnizonlarda Hərbi Dəniz 
Qüvvələri komandanının əmri ilə böyük dəniz rəisi təyin edilir. Öz fəaliyyətində o, bu 
Nizamnamənin 18-ci maddəsini və qarnizon rəisinin göstərişlərini rəhbər tutur. 
15. Qarnizonların tərkibində bir neçə birləşmə (hərbi hissə) olduqda müvafiq vəzifəli 
şəxslərdən vəzifəcə böyük olanlar qarnizon rəisinin əmri ilə aşağıdakı vəzifələrə təyin edilirlər: 
qarnizon rəisinin arxa xidmət üzrə müavini;
qarnizon hərbi avtomobil müfəttişliyi (HAM) rəisi;
qarnizon rabitə rəisi;
qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi;
qarnizon tibb xidməti rəisi;
qarnizonun baytar həkimi;
qarnizon maliyyə xidmətinin baş rəisi;
qarnizon yanğından mühafizə xidmətinin rəisi;
qarnizonun hərbi dirijoru.
Hərbi şəhərcikdə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növlərinin müxtəlif 
birləşmələrinin, eləcə də xüsusi qoşunların tərkibinə daxil olan bir neçə hərbi hissə yerləşdikdə, 
qarnizon rəisinin əmri ilə hərbi hissə komandirlərindən hərbi şəhərciyə böyük təyin edilir. 


Qarnizon hauptvaxtının rəisi vəzifəsinə zabit təyin edilir. O, eyni zamanda qarnizon hərbi 
komendantının köməkçisidir. Bu vəzifə ştatda nəzərdə tutulmadığı yerlərdə qarnizon 
hauptvaxtının rəisi vəzifəsini qarnizon hərbi komendantının köməkçilərindən biri (zabit) icra edir. 
Qarnizond
a bütün vəzifəli şəxslər bilavasitə qarnizon rəisinə, qarnizon vaxtının rəisi və 
hərbi dirijoru isə qarnizon hərbi komendantına tabedirlər. 
16. Qarnizon hərbi komendantından başqa, qarnizonun bütün vəzifəli şəxsləri öz 
vəzifələrini əvəzlik üzrə yerinə yetirirlər.  

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin