hər ay HAM-nin müfəttişi kimi növbətçiliyə cəlb edilən zabitlərin və gizirlərin (miçmanların),
qarnizon hərbi hissələrindən patrulların və nəqliyyatın ayrılması qrafiklərini tərtib etmək və onu
qarnizon rəisinin təsdiqinə vermək;
HAM-
nin növbətçi
müfəttişlərinə təlimat vermək, onları nəzarət postlarına paylaşdırmaq,
xidmət aparmalarını yoxlamaq, onlardan yazılı raportlar qəbul etmək, tutulub saxlanmış
avtonəqliyyat vasitələrinin və alınmış sənədlərin uçotunu aparmaq,
onlar barəsində müvafiq
hərbi hissə komandirlərinə xəbər vermək;
texniki cəhətdən nasaz və ya qulluq olunmamış avtonəqliyyat vasitələrini istismardan
çıxarıb hərbi hissələrə, zərurət olduqda isə tutulub saxlanmış avtonəqliyyat vasitələrini toplanış
məntəqəsinə göndərmək;
hərbi hissələrin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin uçotunu aparmaq, lazımi
tədbirlər görmək üçün tutulub saxlanmış avtonəqliyyat vasitələri,
sürücülər və baş verən
hadisələr haqqında vaxtında qərar qəbul olunması üçün qarnizon rəisinə məlumat və qarnizon
hərbi komendantına xəbər vermək;
yol hərəkəti qaydalarının pozulması və ya hərbi hissələrdə avtonəqliyyat vasitələrinin
istismarı zamanı adamların həlak və ya şikəst olmaları ilə nəticələnmiş, yaxud digər ağır
nəticələrə gətirib çıxaran hallarda dərhal qarnizon rəisinə məlumat və qarnizon hərbi
komendantına, həmçinin
hərbi prokurora xəbər vermək, hadisə yerlərində onların törədilmə
səbəblərini və şəraitini şəxsən müəyyən etmək;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin sürücülərini sürücülük vəsiqəsindən məhrum
etmək üçün Dövlət yol polisinin yerli orqanlarına material təqdim etmək;
qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üzrə
işi təşkil etmək və onların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada Dövlət yol polisinin yerli orqanları nəzdində ixtisas komissiyası imtahanlarında
iştirak
etməsi üçün zəruri şərait yaratmaq;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış yollara nəzarət qoymaq,
hərəkət sürətinin məhdudlaşdırılması üçün zonaları müəyyən etmək və Dövlət yol polisinin yerli
orqanlarının icazəsi ilə müvafiq nişanlarla işarə etmək;
öz texniki nəzarət məntəqələri olmayan hərbi hissələrin avtonəqliyyat vasitələrini
yoxlamaqdan ötrü qarnizon texniki nəzarət məntəqələrinin təşkili barədə qarnizon rəisinə təkliflər
vermək və onların işinə nəzarət etmək;
başqa qarnizonların hərbi hissələrinin avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən
törədilmiş pozuntular haqqında sənədləri müvafiq qarnizonun
HAM rəisinə göndərməklə bu
barədə həmin hərbi hissələrin komandirlərinə xəbər vermək.
36. HAM-
nin müfəttişləri və patrulları növbədə olduqları zaman qarnizon HAM rəisinə
tabedirlər və öz xidmətlərini onun göstərişlərinə uyğun olaraq yerinə yetirirlər.
HAM-
nin növbətçi müfəttişlərinin müəyyən edilmiş sənədləri, geyim forması və fərdi nömrəli
tanınma döş nişanları, əlində jezl (gecə qırmızı siqnalı disk və ya işıq əksetdirən) olmalıdır.
HAM-
nin patrullarının müəyyən edilmiş geyim forması və qol sarğısı olmalıdır.
Dostları ilə paylaş: