həbs edilənlərin əl-üz yuması, təbii ehtiyaclarını yerinə yetirməsi və gəzintiyə çıxarılması,
həmçinin bu zaman onların mühafizəsi qaydasını müəyyən etmək;
həbs edilənlərin həbs müddəti qurtardıqdan sonra qauptvaxtdan azad etmək barədə,
həmçinin həbs edilənləri qarnizon hərbi komendantının
göstərişi ilə işə, hamama və cinayət
prosesini həyata keçirən orqanın tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə
göndərmək barədə qarovul rəisinə yazılı sərəncamlar vermək; həbs edilənlərin iş vaxtını, yerini
və növünü göstərməklə işinin uçotunu aparmaq;
in
tizam qaydasında hauptvaxtda saxlanan zabitlər, gizirlər (miçmanlar) və çavuşlar,
həmçinin əsgərlər (matroslar) işə cəlb olunmadıqları vaxt onlarla sıra təliminə və nizamnamələrin
öyrənilməsinə aid məşğələlər təşkil etmək və keçirmək; hauptvaxtda saxlanan həbs edilənlərlə
ictimai-
siyasi və tərbiyə işi aparmaq;
hauptvaxtın və qarovul otağının sanitariya və yanğından
mühafizə vəziyyətinə, onların
vaxtında təmizlənməsinə, işıqlandırılmasına və qızdırılmasına diqqət yetirmək;
xəstələnmiş həbs edilənlər haqqında qarnizon tibb xidməti rəisinə xəbər vermək; xəstəni
müalicə müəssisəsinə göndərmək zərurəti haqqında həkimin rəyi olduqda, bu barədə qarnizon
hərbi komendantına məlumat vermək;
həbs edilənlərin kameralarının, hauptvaxtın avadanlığının və inventarının, qarovul otağının
və postların saz saxlanmasına, həmçinin onların vaxtında təmir edilməsinə diqqət yetirmək;
həbs edilənlərdən şikayətləri (ərizələri), təklifləri qəbul etmək və komanda üzrə ötürmək;
hauptvaxt nəzdindəki qarovulların xidməti düzgün yerinə yetirmələrini hər gün yoxlamaq və
bu barədə postlar cədvəlində müvafiq qeydlər etmək;
qarnizon hərbi komendantına hauptvaxtda hərbi intizamın
vəziyyəti, gün ərzində qəbul
olunan və hauptvaxtda saxlanan həbs edilənlərin sayı və boş yer olması haqqında hər gün,
hadisələr haqqında isə dərhal məlumat vermək;
nizamnamələrin, hərbi ədəbiyyatın uçotunu aparmaq, onları saxlamaq və həbs edilənlərə
vermək;
qarnizon rəisini, onun birbaşa rəislərini, qarnizon rəisi müavinlərini
və qarnizon hərbi
komendantını, həmçinin qoşunlarda təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri
və onların göstərişi ilə təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri və onların
göstərişi ilə təftiş (yoxlama) qrupu üzvlərindən olan zabitləri (generalları, admiralları) qarşılamaq,
özünü onlara təqdim etmək və hauptvaxtda onları müşayiət etmək;
Dostları ilə paylaş: