qarovulları yoxlamaq üçün gəlmiş şəxslərin qabaqcadan şəxsi vəsiqələrini və qarovulları
yoxlamaq hüququ barədə birdəfəlik vəsiqəsini yoxlayaraq, onları müşayiət etmək, yaxud bunun
üçün öz köməkçisini göndərmək (244-cü maddə);
qarnizonun növbətçi bölməsinin həyəcan və ya çağırış üzrə hərəkətə hazırlığını yoxlamaq.
55. Dəyişmə qurtarandan sonra yeni qarovullar növbətçisi köhnə növbətçidən siyahıda
göstərilən sənədləri qəbul edir.
Qarovul rəisləri növbənin dəyişdirilməsi haqqında məlumat verdikdən sonra
qarovul
növbətçiləri qarnizon rəisinə, o olmadıqda isə qarnizon hərbi komendantına növbətçiliyin təhvil-
təslimi haqqında məlumat verirlər, məsələn:
«Yoldaş general-mayor. Kapitan Həsənov
qarovul növbətçiliyini təhvil verdi»; «Yoldaş general-mayor. Kapitan Xəlilov qarovul
növbətçiliyini qəbul etdi». Sonra yeni növbətçi yeni növbəni qəbul edərkən aşkar edilmiş bütün
çat
ışmazlıqlar haqqında, köhnə növbətçi isə qarovulların xidməti zamanı aşkar edilmiş
çatışmazlıqlar və onların aradan qaldırılması tədbirləri, həmçinin keçən sutka ərzində baş vermiş
hadisələr haqqında məlumat verirlər. Məlumatdan sonra yeni növbətçi bu qeydlərlə növbətçilərin
təhvil-təslim kitabını baxmaq üçün qarnizon hərbi komendantına təqdim edir.
56. Qarnizon qarovullarının birində hadisə baş verdikdə, qarovullar növbətçisi dərhal hadisə
yerinə gedir,
zərurət olduqda, qarnizon rəisinin və ya hərbi komendantın icazəsi ilə növbətçi
bölməni və ya onun bir hissəsini, yanğın zamanı isə ondan əlavə, yanğınsöndürmə komandasını
çağırır.
Qarovullarda baş vermiş hadisələr və görülmüş tədbirlər haqqında qarovullar növbətçisi
qarnizon hərbi komendantına, yaxud qarnizon
rəisinə dərhal məlumat verir, qarovulun təyin
olunduğu hərbi hissə komandirinə xəbər verir.
57. Qarovullar növbətçisi qəflətən xəstələnərsə, vəzifəsinin icrasını
müvəqqəti olaraq öz
köməkçisinə həvalə edir, bu barədə qarnizon hərbi komendantına məlumat verir, sonra isə onun
göstərişlərinə əsasən hərəkət edir.
58. Qarovul rəisi qəflətən xəstələndikdə, qarovullar növbətçisi onu hərbi hissəyə, təcili tibbi
yardım tələb olunduqda isə yaxındakı müalicə müəssisəsinə göndərir. Qarovullar növbətçisi
qarovul rəisi vəzifəsinin icrasını qarovul rəisinin köməkçisinə (dəyişdiriciyə) həvalə edir və ya
xəstələnəni əvəz etmək üçün hərbi hissədən yeni qarovul rəisi çağırır, onunla birlikdə qarovul
otağına gedir və qarovulun qəbuluna rəhbərlik edir. Qarovullar növbətçisi
yeni qarovul rəisinə
qüvvədə olan parolu bildirir və bu hadisə haqqında qarnizon hərbi komendantına dərhal məlumat
verir.
59. Ştat üzrə hərbi komendantın növbətçi köməkçiləri vəzifəsinin nəzərdə tutulmadığı
qarnizonlarda qarnizon patrullarının xidmətinə rəhbərlik üzrə onların vəzifələri qarnizon rəisinin
əmri ilə qarovullar növbətçisinə həvalə edilir.
60. Qarovullar növbətçisinin köməkçisi qarovullar növbətçisinə tabedir.
Qarovullar növbətçisi köməkçisinin vəzifəsidir:
qarnizon hərbi komendantından göstərişlər almaq üçün təyin olunan vaxtda onun yanına
gəlmək;
qarovullar naryadı cədvəlini, postların yerləşmə sxemlərini,
postlar tabelini, qarovulun
rəisləri və qarovullar növbətçisi üçün təlimatları öyrənmək;
qarovulları dəyişmə üçün vaxtında sıraya düzmək və onların tərkibini yoxlamaq, qarovul
rəislərinin hərbi rütbələrini və soyadlarını yazmaq, qarovulların şəxsi heyətinə qarovullar
növbətçisinin hərbi rütbəsini və soyadını, eləcə də öz soyadını elan etmək;
qarovullar növbətçisinin otağında olan əmlakı və avadanlığı siyahı ilə qəbul etmək;
qarovullar növbətçisinin əmri ilə qarovulların xidmətlərini yoxlamaq, nöqsanların
aradan
qaldırılması üçün tədbirlər görmək və bu barədə qarovullar növbətçisinə məlumat vermək;
qarovullar növbətçisi olmadıqda onun vəzifələrini yerinə yetirmək.
61. Qarovullar növbətçisi və onun köməkçisi qarnizon hərbi komendantlığında, bölmə
qarovulları növbətçisi və onun köməkçisi isə qarnizon hərbi komendantının göstərişi ilə öz
bölməsinin qarovullarından birində olmalıdır.
Qarovullar
(bölmə qarovulları) növbətçisi və onun köməkçisi onların təyin olunduqları hərbi
hissənin nəqliyyat vasitələri ilə təmin edilirlər.
Qarovullar növbətçisi və onun köməkçisi tapança ilə silahlanırlar.
62. Qarovullar növbətçisinə və onun köməkçisinə növbətçilik zamanı qarnizon rəisinin təyin
etdiyi vaxtda bir-
birini əvəz etməklə 4 saatdan çox olmayaraq silahını çıxarmadan və
soyunmadan uzanıb dincəlməyə (yatmağa) icazə verilir.
63. Daxili qarovullara (gəmi qarovullarına) aid olan qarovullar
növbətçisi vəzifəsini hərbi
hissə (gəmi) növbətçisi, qarovullar növbətçisinin köməkçisi vəzifəsini isə hərbi hissə
növbətçisinin köməkçisi yerinə yetirir.
Düşərgə qarovullarına aid olan qarovullar növbətçisi vəzifəsini düşərgə toplanışı növbətçisi
yerinə yetirir.
Dostları ilə paylaş: