hərbi qulluqçuları, zərurət olduqda isə mülki şəxsləri onların həyatı üçün təhlükə yaradan
basqından başqa yolla müdafiə etmək mümkün olmadıqda;
patrula basqın nəticəsində patrul rəisinin və ya patrul nəfərlərinin həyatı bilavasitə
təhlükəyə məruz qaldıqda, habelə onların silahını almaq cəhdlərini aradan qaldırmaq lazım
gəldikdə;
silahlı müqavimət göstərən cinayətkarı tutarkən.
Silah işlətməzdən əvvəl, şərait imkan verirsə, patrul rəisi səslə və ya havaya atəş açmaqla
silah işlədiləcək şəxsə xəbərdarlıq etməlidir. Silah işlədilməsi haqqında patrul rəisi qarnizon
hərbi komendantına və ya onun köməkçisinə (qarovullar növbətçisinə) dərhal məlumat
verməlidir.
İzdihamlı küçələrdə, meydanlarda və ictimai yerlərdə odlu silah işlədilməsindən kənar
şəxslərin zərər çəkə biləcəyi bütün hallarda patrul heyətinin silah işlətməsi qəti qadağandır.
Bu Nizamnamədə göstərilən hallar istisna olmaqla, patrul heyətindən heç kimin qayda-
qanun yaratmaq məqsədilə silahla hədələmək, xəbərdarlıq atəşi açmaq hüququ yoxdur.
80. Hərbi intizamı və ictimai qaydanı pozduğuna görə qarnizon hərbi komendantlığına
gətirilən hərbi qulluqçular hərbi komendantın köməkçisi (qarovullar növbətçisi) tərəfindən qəbul
edilir, adları tutulub saxlananların uçotu kitabına (6 saylı əlavə) yazılır və qarnizon hərbi
komendantı qərar qəbul edənədək bir sutkaya qədər müvəqqəti tutulub saxlananlar
kameralarına salınırlar.
81. Hərbi komendantın köməkçisi (qarovullar növbətçisi) tutulub saxlanmış hərbi
qulluqçuları qəbul edərkən, onların üst-başını axtarır, bel qayışlarını, kamerada saxlanmasına
icazə verilməyən qiymətli əşyalarını, həmçinin bütün xidməti sənədlərini alır. Silahın və döyüş
sursatının, sənədlərin və qiymətli əşyaların alınması haqqında protokol tərtib olunur. Protokolu
hərbi komendantın köməkçisi (qarovullar növbətçisi), tutulanı gətirmiş şəxslər və tutulanın özü
imzalayırlar.
Qarnizon hərbi komendantlığına sərxoş halda gətirilmiş hərbi qulluqçular protokolu
ayılandan sonra imzalayırlar.
82. Müvəqqəti tutulub saxlananlar kameralarında saxlanan hərbi qulluqçuları qarnizon
hauptvaxtının qarovulları mühafizə edirlər. Qarnizon hauptvaxtı qarnizon hərbi
komendantlığından uzaqda yerləşirsə, tutulmuş hərbi qulluqçular xüsusi təyin olunmuş və bu
Nizamnamənin 183-cü maddəsinə uyğun xidmət edən silahlı patrullar tərəfindən mühafizə edilə
bilərlər.
83. Patrul xidməti qurtardıqdan sonra qarnizon hərbi komendantı tərəfindən zəruri qeydlər
edilmiş göstəriş hərbi hissə qərargahına verilmək üçün patrul rəisinə qaytarılır.
Dostları ilə paylaş: