V fəsil.
Qarnizonun növbətçi bölməsi
84. Qarnizonun növbətçi bölməsi qarnizon qarovullarının gücləndirilməsi və ya qarnizonda
yanğın, təbii fəlakət və
başqa hadisələr baş verdikdə, təcili çağırılma halları üçün qarnizon
rəisinin əmri ilə təyin olunur.
Böyük qarnizonlarda qarnizonun bir neçə qarnizon növbətçi bölməsi təyin oluna bilər.
85. Növbətçi bölmə, bir qayda olaraq, hər sutka üçün qarnizon qarovullarının təyin edildiyi
hərbi hissələrdən təyin
olunur və qarnizon rəisinə, qarnizon hərbi komendantına və qarovullar
növbətçisinə tabe olur.
Qarnizon növbətçi bölməsinin təyin edilməsi
barədə əmrdə onun tərkibi, silahı, döyüş
sursatı, geyim forması və nəqliyyat vasitələri göstərilir.
86.
Növbətçi bölmə qarnizon rəisi, qarnizon hərbi komendantı və ya onların icazəsi ilə
qarovullar növbətçisi tərəfindən çağırılır.
Növbətçi bölmə çağırılarkən
onun haraya, hansı vaxta və kimin sərəncamına gəlməsi,
həmçinin döyüş sursatının miqdarı və verilmə qaydası göstərilir.
Növbətçi bölməyə döyüş sursatı hərbi hissə komandirinin (qərargah rəisinin) və ya hərbi
hissə növbətçisinin göstərişi ilə verilir.
Növbətçi bölmənin çağırılması ilə
bir vaxtda əgər zərurət olarsa, qarnizon rəisinin
sərəncamı ilə yeni növbətçi bölmə təyin edilir.
87. Hərbi hissə komandiri növbətçi bölmənin daimi hazırlığı,
həmçinin təyin edilmiş yerə
vaxtında getməsi üçün məsuliyyət daşıyır.
88. Növbətçi bölmə öz hərbi hissəsinin yerləşdiyi yerin yaxınlığında məşğələ keçir.
Növbətçi bölmənin yeri hərbi hissə növbətçisinə və qarovullar növbətçisinə dəqiq məlum
olmalıdır.
89. Növbətçi
bölmə təyinat yerinə gəldikdə, qarnizon hərbi komendantının, qarovullar
növbətçisinin və ya sərəncamına gəldiyi şəxsin göstərişi ilə hərəkət edir.
Dostları ilə paylaş: