III fəsil.
Qarnizon qarovulları növbətçisi və onun köməkçisi
53. Qarnizon qarovullarına bilavasitə rəhbərlik etmək üçün
qarnizon hərbi hissələrinin
nizami zabitlərindən vəzifəcə bölük (batareya) komandirindən kiçik olmayan qarovullar
növbətçisi və kiçik zabitlərindən isə onun köməkçisi təyin olunur. Qarovulların sayı az,
yaxud
onlar bir-
birinə yaxın olduqda, qarovullar növbətçisinin köməkçisi təyin edilməyə bilər.
Ancaq
bir qarnizon qarovulu təyin olunduğu qarnizonlarda qarnizon rəisinin əmri ilə
qarovullar növbətçisinin vəzifəsi qarovul təyin edilən hərbi hissənin
növbətçisinə həvalə edilə
bilər.
Qarnizon qarovullarının sayı çox olduqda və onlar bir-birindən xeyli aralı yerləşdikdə onlar
bölmələrə bölünə bilər. Bu halda hər bölməyə qarovullar növbətçisi,
zərurət olduqda isə onun
köməkçisi təyin edilir.
54. Qarovullar növbətçisi qarnizon qarovullarının düzgün xidmət etmələrinə cavabdehdir.
O, qarnizon rəisinə və hərbi komendanta tabedir.
Qarovullar növbətçisinin vəzifəsidir:
növbəyə başlamazdan qabaq hərbi hissə qərargahından onun qarovullar növbətçisi təyin
olunması haqqında yazılı göstəriş almaq;
təyin edilmiş vaxtda qarnizon hərbi komendantının yanına gəlmək, qarovullar növbətçisi
təyin olunması haqqında yazılı
göstərişi ona təqdim etmək, köhnə və təzə parollar yazılmış
kağızları və lazımi göstərişləri almaq;
köhnə qarovullar növbətçisinə özünü təqdim etmək və ona köhnə parolları bildirmək;
qarovullar naryadı cədvəlini, postların
yerləşmə sxemlərini, postlar tabellərini,
qarovul
rəisləri üçün təlimatları və qarovul növbətçisi üçün təlimatı öyrənmək;
qarnizon qarovullarının dəyişməsini keçirmək;
onun üçün ayrılmış otaqda olmaq; xidməti işlə əlaqədar başqa yerə gedərkən, köməkçisini
otaqda öz yerinə qoymaq, haraya və hansı müddətə getdiyini ona bildirmək;
qarnizon qarovullarının xidmətini, hasarların, qarovul otaqlarında
və postlarda rabitə
vasitələrinin, siqnalizasiyanın, yanğınsöndürmə vasitələrinin sazlığını gündə azı iki dəfə (bir dəfə
gecə) şəxsən yoxlamaq, nöqsanların aradan qaldırılması üçün dərhal tədbirlər görmək;
gecə vaxtı döyüş texnikası dayanacaqlarını və yerləşdikləri zonaları, hava tutqun olduqda
isə gündüz də yoxlamaq və yoxlamanın nəticəsini postlar cədvəlində qeyd etmək;
hava şəraitindən asılı olaraq qarovulların postda dayanma müddətinin dəyişdirilməsi
barədə göstərişlər vermək;
qarnizon rəisini və öz birbaşa rəislərini, həmçinin qarnizon hərbi komendantını qarşılamaq,
onlara
raport vermək, məsələn:
Dostları ilə paylaş: