qarnizon qarovullarının dəyişməsi və başqa qarnizon tədbirlərinin keçirilməsi üçün hərbi
hissələrin orkestrlərinin naryad cədvəllərini tərtib etmək;
qarnizon rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi hissələri
orkestrlərinin ixtisas
hazırlığına nəzarət etmək; qarnizonun birləşmiş orkestrinin sıra və ixtisas hazırlığını keçirmək və
ona rəhbərlik etmək.
Qarnizonun mənzil-istismar hissəsi rəisi
44. Qarnizonun mənzil-istismar hissəsi rəisi kazarma-mənzil fondunun istismarının,
vaxtında təmir edilməsinin və uçotunun təşkilinə, həmçinin mənzil-istismar hissəsində uçotda
olan hərbi hissələrin mənzil təminatının təşkilinə cavabdehdir. O, Müdafiə Nazirliyinin mənzil-
istismar idarəsi rəisinə tabedir. Kazarma fondundan istifadə olunması, yaşayış
sahəsinin
bölüşdürülməsi və qoşunların məişət şəraitinin yaxşılaşdırılması məsələləri üzrə o, mənzil-
istismar hissəsinin xidmət etdiyi qarnizon rəislərinin göstərişlərini yerinə yetirməlidir.
45. Qarnizonun mənzil-istismar hissəsi rəisinin vəzifəsidir:
qarnizon rəislərinə qarnizon kazarma-mənzil fondundan istifadə olunmasına aid təkliflər və
hesablamalar, çatışmayan fondun ayrılması üçün yerli hakimiyyət orqanlarına göndərilən
tələbnamələr haqqında məlumat vermək;
qarnizonlarda yaşayış sahələrinin bölüşdürülməsi planlarını qarnizon
rəislərinin təsdiqinə
vermək, qarnizonlara təhkim olunmuş bütün yaşayış sahəsinin uçotunu aparmaq;
hərbi hissələr tərəfindən binalardan, kommunal qurğulardan, kazarma inventarından və
mebeldən istismarın düzgünlüyünü yoxlamaq, onların qorunub saxlanması və vaxtında
təmiri
üçün tədbirlər görmək;
qarnizonların hərbi şəhərciklərinin ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması,
hasarlanması və təmizlənməsi planlarını hazırlayıb qarnizon rəislərinin təsdiqinə vermək və
onların yerinə yetirilməsinə nəzarət etmək;
kazarma-
mənzil fondunun, məişət müəssisələrinin və digər hərbi binaların təmir işlərinə
rəhbərlik etmək və bilavasitə hərbi hissələrin gördüyü təmir-tikinti işlərinə nəzarət etmək;
hərbi hissələri mənzil təminatının bütün növləri ilə təmin etmək və ondan düzgün istifadə
olunmasını yoxlamaq;
hərbi
hissələrin elektrik enerjisi, su və yerli inşaat materialları ilə təmin olunmasını təşkil
etmək və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
mənzil təminatı ilə əlaqədar materiallar və pul vəsaiti üçün hərbi hissələrin tələbnamələrinin
düzgünlüyünü yoxlamaq, ümumi tələbnamələr tərtib edib yuxarı təminat orqanlarına təqdim
etmək;
mənzil-istismar hissəsinin xidmət etdiyi hərbi hissələrdə texniki
məsələlər üzrə mənzil-
istismar xidmətinə rəhbərlik etmək;
hərbi şəhərciklərin, binaların, kommunal avadanlığın, mənzil təminatının bütün növlərinin və
mənzil təminatına buraxılan pul vəsaitinin uçotunu aparmaq;
qarnizonlarda obyektlərin yerli müdafiə planlarının işlənib hazırlanmasında və müvafiq
tədbirlərin keçirilməsində iştirak etmək; qarnizonlarda yerli müdafiənin mühafizə və xüsusi
qurğularının
uçotunu aparmaq, onların düzgün istismarına və qorunub saxlanmasına nəzarət
etmək;
qarnizonlarda səfərbərlik və həyəcan elan olunması halları üçün mənzil-istismar xidməti
üzrə tədbirlər planlarını işləyib hazırlamaq.
Dostları ilə paylaş: