Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə12/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   8   9   10   11   12   13   14   15   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

v
[5]
qarnizonun baytarlıq-sanitariya vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər 
haqqında qarnizon rəisinə məlumat vermək;
hərbi hissələrə məxsus olan və mülki baytarlıq müəssisələrində müalicə edilən heyvanlara 
necə xidmət göstərildiyinə nəzarət etmək;
qarnizon hərbi hissələrinə və yerli əhaliyə məxsus heyvanlar arasında yoluxucu xəstəliklər 
baş verməsi və bu xəstəliklərin qarşısının alınması üçün görülən tədbirlər haqqında qarnizon 
rəisinə dərhal məlumat vermək, xidmət edilən hərbi hissələrin komandirlərinə xəbər vermək.   
Qarnizon maliyyə xidmətinin baş rəisi  
41. Qarnizon maliyyə xidmətinin baş rəisi qarnizon hərbi hissələrinin pul vəsaiti ilə vaxtında 
təmin olunmasına və qarnizon rəisinin, həmçinin Müdafiə Nazirliyi maliyyə idarəsi rəisinin 
maliyyə məsələlərinə dair göstərişlərinin vaxtında yerinə yetirilməsinə cavabdehdir. 
Qarnizon maliyyə xidməti baş rəisinin vəzifəsidir: 
qarnizon hərbi hissələrinin pul vəsaiti üçün sifarişlərin, tələbnamələrin və müəyyən edilmiş 
hesabatın vaxtında təqdim edilməsinə nəzarət etmək;
hərbi hissələrin şəxsi heyəti üçün Dövlət bankının yerli idarələrindən pul vəsaitinin alınması 
müddətləri barəsində qarnizon rəisinə məlumat vermək;
Müdafiə Nazirliyi maliyyə idarəsinin göstərişi ilə qarnizon hərbi hissələrinin şəxsi heyətinə 
pul paylama cədvəllərini qabaqcadan yoxlamaq;
qarnizon rəisinin təsdiq etdiyi plana uyğun olaraq maliyyə məsələlərinə dair əmrlərin və 
göstərişlərin öyrənilməsi üçün qarnizon hərbi hissələri maliyyə xidmətinin şəxsi heyəti ilə 
məşğələlər aparmaq;
qarnizon hərbi hissələrinin daxili yoxlama komissiyalarına təlimat vermək;
qarnizon rəisinin təsdiq etdiyi planlar üzrə qarnizon hərbi hissələri kassalarının gözlənilməz 
yoxlamal
arını keçirmək və qarnizon hərbi hissələrinin maliyyə təsərrüfatlarında aşkar edilmiş 
nöqsanlar haqqında ona, eləcə də Müdafiə Nazirliyi maliyyə idarəsinin rəisinə məlumat vermək;
Müdafiə Nazirliyi maliyyə idarəsinin göstərişi ilə qarnizon hərbi hissələrinin təftiş aktlarında 
göstərilən təkliflərin yerinə yetirilməsini yoxlamaq;
qarnizon hərbi hissələrinin şəxsi heyəti arasında hərbi qulluqçuların pul və pensiya təminatı 
məsələləri haqqında izahat işi aparmaq. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin