qarnizonun sanitariya-
epidemioloji vəziyyətini, hərbi hissələrin yerləşdiyi ərazinin saxlanma
şəraitini, suyun içmək və təsərrüfat məqsədləri üçün yararlılığını, qarnizon yeməkxanalarının,
çörəkbişirmə müəssisələrinin, sallaqxanalarının, soyuducularının (buzxanalarının), ticarət-məişət
müəssisələrinin, hamamlarının, camaşırxanalarının, dezinfeksiya kameralarının və qarnizon
hərbi hissələrinin şəxsi heyətinin çimmək yerlərinin sanitariya vəziyyətini yoxlamaq, aşkar edilən
çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
tərkibində tibbi heyət olmayan qarnizon hərbi hissələrinin, qarnizonda müvəqqəti yerləşən
bölmələrin (komandaların) və ayrı-ayrı hərbi qulluqçuların,
həmçinin qarnizon hərbi
qulluqçularının ailə üzvlərinin tibbi təminatını təşkil etmək;
qarnizon rəisinin icazəsi ilə qarnizon hərbi hissələrinin tibb xidməti işçilərinin qarnizonda
müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə cəlb etmək;
paradlara, nümayişlərə, idman yarışlarına, həmçinin yanğın və təbii fəlakətə qarşı
mübarizəyə cəlb edilən hərbi hissələrin tibbi təminatını təşkil etmək;
qarnizonda səfərbərlik və həyəcan elan olunması halları üçün tibbi təminat planını,
həmçinin düşmən tərəfindən kütləvi qırğın silahı tətbiqinin nəticələrini aradan qaldırmaq üçün
tibbi xidmət tədbirlərini işləyib hazırlamaq;
qarnizonda yerli müdafiənin tibbi təminat tədbirlərini işləyib hazırlamaq və onların
yerinə
yetirilməsinə nəzarət etmək;
kütləvi qırğın silahından əhalinin mühafizəsi üçün tibbi tədbirlər görülməsində mülki müdafiə
qərargahına zəruri yardım göstərmək;
qarnizon hərbi hissələrinin yerləşdiyi rayonların sanitariya vəziyyətini yaxşılaşdırmaq üçün
yerli səhiyyə orqanları ilə birlikdə tədbirlər işlənib hazırlanmasında iştirak etmək;
qarnizon qospitallarında xəstələrin vəziyyətinə diqqət yetirmək və vaxtaşırı onlara baxış
keçirmək;
mülki idarələrin və müəssisələrin, ambulatoriyaların, xəstəxanaların,
çörəkbişirmə
müəssisələrinin, sallaqxanaların və s. qarnizon hərbi hissələrinə göstərdikləri xidmətlərə,
həmçinin mülki müalicə müəssisələrində yerləşdirilmiş xəstə hərbi qulluqçuların vəziyyətlərinə və
onların vaxtında sağalıb çıxmasına nəzarət etmək;
qarnizon hərbi-tibbi idarələrinin işinə nəzarət etmək və qarnizon hərbi-həkim komissiyasının
fəaliyyətinə rəhbərlik etmək;
qarnizon qarovullarının və hauptvaxt binalarının sanitar vəziyyətini
ayda bir dəfədən az
olmayaraq yoxlamaq; qarnizon hauptvax
tında saxlanan həbs edilənlərin
tibbi müayinəsini və
onlara tibbi yardım göstərilməsini təşkil etmək;
növbəti çağırışların tibbi təminat tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
ötüb keçən hərbi eşelonların sanitariya vəziyyətinin yoxlanmasını qarnizon rəisinin göstərişi
ilə təşkil etmək, həmçinin vağzallarda hərbi qulluqçuların gözləmə salonlarının
sanitariya
vəziyyətini vaxtaşırı yoxlamaq;
qarnizon hərbi hissələrinin və idarələrinin tibbi heyətinin təcrübə mübadiləsi və əlavə təhsili
tədbirlərini qarnizon rəisinin təsdiq etdiyi plan üzrə həyata keçirmək;
Dostları ilə paylaş: