Karabinin maqazini tamamilə doldurulur. Karabin doldurulduqdan sonra çaxmaq yavaşca
bağlanır (bu zaman patron patron yuvasına yeridilmir), qoruyucudan çıxarılır, çaxmaq dabanı
buraxılır və karabin qoruyucuya qoyulur.
Tapança
dolu maqazinlə doldurulur, doldurulan zaman çaxmaq geri çəkilmir. Tapança
doldurulmazdan qabaq qoruyucuya qoyulur.
Pulemyotlar və əl qumbaraları bilavasitə istifadə edilməzdən qabaq doldurulur.
108. Qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə qarovul otağında
döyüş
patronları ehtiyatı yaradılır: hər avtomat və ya karabin üçün — 150 patron, hər tapança üçün —
16 patron.
Ehtiyat döyüş patronları xüsusi dəmir və ya dəmir üzlüklü yeşikdə sink qutuda saxlanılır.
Qarovullar əl qumbaraları ilə silahlandıqda, onlar və onların partladıcıları ayrıca xüsusi
yeşiklərdə saxlanılır, bu halda partladıcılar əl qumbaralarından ayrı, sukeçirməyən qablarda
saxlanılır.
Döyüş patronlarının uçotu kitabı (9 saylı əlavə), əl qumbaralarının və onların
partladıcılarının uçotu kitabı, həmçinin sink qutuları açmaq
üçün açar həmin yeşiklərdə
saxlanılır. Yeşiklər qıfıllanır, qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən
möhürlənir və qarovul otağında olan qarovulun əmlak və avadanlıq siyahısına daxil edilir.
Döyüş sursatı olan yeşiklərin açarı və ona vurulmuş möhürün surğuc surəti qarovul rəisində
saxlanılır. Açarları başqa şəxslərə vermək qadağandır.
109. Qarovul rəisi ehtiyat döyüş patronları, əl qumbaraları və onların partladıcıları olan
yeşiklərin mühafizəsi üçün şəxsən məsuliyyət daşıyır.
Ehtiyat döyüş sursatının yerində olması və vəziyyəti ayda bir dəfədən az olmayaraq,
qarnizon qarovullarında qarnizon hərbi komendantı, daxili qarovullarda isə hərbi hissə qərargahı
rəisi tərəfindən yoxlanılır.
Yoxlamanın nəticələri ehtiyat döyüş sursatının uçotu kitabına və postlar cədvəlinə yazılır.
110. Qarovul otaqlarının və postların avadanlıqla, siqnalizasiya və rabitə vasitələrilə təmin
edilməsi, həmçinin mühafizə olunan obyektlərin hasarlanması (10 və 11 saylı əlavələr) və bu
Nizamnamədə nəzərdə tutulmuş inventarla təmin edilməsi hərbi obyekt rəisinə (hərbi
hissə
komandirinə) həvalə edilir.
Hərbi obyekt rəisi (hərbi hissə komandiri) qarovul otağının işıqlandırılması, yanacaqla və
qarovulun post
geyimi ilə təmin olunması üçün məsuliyyət daşıyır.
111. Anbarların (bazaların, arsenalların)
texniki ərazilərinə, həmçinin tezalışan və xüsusi
əhəmiyyətli obyektlərə buraxılış qaydaları xüsusi əsasnamələrə (təlimatlara)
əsasən müvafiq
mərkəzi idarələrin (şöbələrin) rəisləri tərəfindən müəyyən edilir.
112. Qarovulun mühafizə etdiyi saxlancların (anbarların, parkların) açılmasına və
maşınların (təyyarələrin topların, ya da döyüş texnikasının) dayanacaq yerlərinə buraxılmasına
qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən imzalanmış və gerbli möhürlə
təsdiq edilmiş daimi və ya birdəfəlik icazə vərəqəsinə (12 saylı əlavə) əsasən icazə verilir.
Bu və ya başqa saxlancları (anbarları, parkları) açmağa və yaxud dayanacaqlarda olan
maşınları (təyyarələri, topları ya da digər döyüş texnikasını) qarovuldan
qəbul etməyə icazəsi
olan şəxslərin siyahısı qarnizon (hərbi hissə) üzrə əmrlə elan edilir.
Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən təsdiq edilmiş və
üstündə imzaların əsli olan icazə vərəqələrinin nümunələri, bu və ya digər saxlancları (anbarları,
parkları) açmağa və ya bunlara buraxılmağa ixtiyarı olan vəzifəli şəxslərin siyahısı və möhürlərin
surğuc surətləri (plombların izləri) olan nümunələr qarovul otaqlarında saxlanılmalıdır (11 saylı
əlavə).
113. Xüsusi şəraitdə hərbi obyektlərin mühafizəsi və müdafiəsi
üçün qarovul xidməti
Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən əlavə qaydalarla müəyyən edilir.
Dostları ilə paylaş: