öz postlarının sayını, onların
yerlərini, onlara gedən hərəkət marşrutlarını, mühafizə və
müdafiə (müşahidə, atəşaçma və hasarlama) şəraitini və hər bir postda saatdarın xüsusi
vəzifələrini bilmək;
köhnə qarovulun dəyişdiricisindən möhürlərin (plombların) izlərini, saatdarları postlara
qoyduqda isə mühafizə olunan obyektləri postlar tabelinə uyğun qəbul etmək, bu barədə qarovul
rəisinə məlumat vermək;
qarovul nəfərlərini postlara aparmazdan əvvəl onların
öz vəzifələrini bilmələrini, həmçinin
papirosçəkmə və yandırıcı ləvazimatlarını qarovul otağında qoyub-qoymadıqlarını yoxlamaq;
qarovul nəfərlərini postlara aparmazdan əvvəl silahların düzgün doldurulmasına, postlardan
qayıtdıqdan sonra isə düzgün boşaldılmasına diqqət yetirmək (106 və 107-ci maddələr);
hər növbə qayıtdıqdan sonra qarovul rəisinə növbənin dəyişilməsi, postların vəziyyəti,
bütün nöqsanlar və onların aradan qaldırılması tədbirləri haqqında məlumat vermək;
ona tabe olan saatdarların xidmətini qarovul rəisinin icazəsilə yoxlamaq.
Hauptvaxtda qarovulun dəyişdiricisi bundan əlavə, ona tabe olan saatdarların
mühafizə
etdikləri həbs edilənlərin sayını bilməlidir.
162. Saatdarların postlara qoyulması və ya dəyişilməsi zamanı dəyişdiricinin vəzifəsidir:
köhnə qarovul dəyişdiricisi ilə birlikdə mühafizə olunan obyektin vəziyyətini,
işıqlandırmanın, hasarların və səngərlərin sazlığını yoxlamaq;
saatdarın və postu qəbul edən qarovul nəfərinin postun təhvilinə və qəbuluna düzgün əməl
etməsinə diqqət yetirmək, saxlanc (anbar, park) qıfıllarının, möhürlərinin (plomblarının),
qaytanlarının mövcudluğu və vəziyyətini, pəncərələrin, metal barmaqlıqların, qapıların və
divarların vəziyyətini mühafizə olunan hərbi texnikanın sayını,
həmçinin rabitə, işıqlanma,
siqnalizasiya, yanğınsöndürmə vasitələrini və post geyimini şəxsən yoxlamaq;
möhürü və plombu onların izləri ilə tutuşdurmaq;
dəyişilən saatdardan postda olduğu zaman bütün gördüklərini soruşmaq;
postu qəbul edən saatdara onun nəyə xüsusi diqqət yetirməsi barədə göstəriş vermək,
qonşu postların harada yerləşməsini və mühafizə olunan postlara daha təhlükəli giriş yerlərini
başa salmaq; yer sahəsində postun sərhədini və kənar şəxsləri hansı məsafədən posta yaxın
buraxmaq qadağan olduğunu saatdara göstərmək; saatdarın ona, mühafizə etdiyi obyektə və ya
qonşu posta basqın edildikdə, həmçinin yanğın və həyəcan zamanı nə edəcəyini bilib-bilmədiyini
yoxlamaq;
saatdarların qarovul otağı ilə əlaqə saxlaması üçün təyin olunmuş siqnalları bilməsini
yoxlamaq.
Postu qəbul edərkən (təhvil verərkən) möhürün (plombun) onların izləri ilə və ya mühafizə
olunan maşınların (təyyarələrin, topların və ya digər döyüş texnikasının) miqdarı
postlar
tabelində göstərilən sayla uyğun gəlmədikdə, həmçinin hər hansı başqa nöqsanlar aşkar
edildikdə, dəyişdirici 221-ci maddənin göstərişlərinə uyğun hərəkət edir.
163. Döyüş Bayrağı yanındakı postda saatdarı dəyişdirərkən, dəyişdirici çexolun (şkafın)
sazlığını, onlardakı möhürləri yoxlamalı və möhürü özündə olan izi ilə tutuşdurmalıdır. Çexolun
(şkafın) və ya möhürün nasazlığı
aşkar edildikdə, qarovul rəisini çağırmalı və ona bu barədə
dərhal məlumat verməlidir.
164. Dəyişdirici saxlancları (anbarları, parkları) açmaq üçün gəlmiş şəxslərlə birlikdə parka
gəlir, möhürlərin (plombların) izlərini nəzərdən keçirir. Saatdar postlar tabelinə uyğun postda
qalmalı olduqda, dəyişdirici postlar tabelində bu vaxt üçün nəzərdə tutulmuş xüsusi vəzifələri
onun yadına salır.
Dəyişdirici saxlanclara (anbarlara) girməyə postlar tabelində göstərilən tələblərə dəqiq əməl
etməklə icazə verir.
165. Açılmış saxlanclarda saatdar dəyişilərsə, dəyişdirici posta girmiş saatdara saxlancın
kim tərəfindən açıldığını və ya maşınların dayandıqları yerlərə buraxıldığını bildirir.
Saxlanclar (anbarlar, parklar) bağlandıqdan sonra dəyişdirici möhürlərin (plombların) izləri
ilə
posta gəlir ki, şəxsən saatdarın iştirakı ilə saxlancı (anbarı, parkı) mühafizə üçün təhvil
verənlə birlikdə möhürlərin (plombların) və pəncərələrin, metal barmaqlıqların, qapıların,
divarların vəziyyətini yoxlasın; dayanacaqlardakı döyüş texnikasını mühafizə üçün qəbul etdikdə
maşınların, təyyarələrin, topların sayını yoxlasın, onlarda möhürlər (plomblar)
olduqda isə
onların izləri ilə tutuşdursun.
166. Qarovul rəisi və onun köməkçisi ağır xəstələndikdə , ağır xəsarət (yaralanma, travma,
kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə), qarovul rəisi vəzifəsini birinci dəyişdirici
müvəqqəti icra etməyə başlayır. O, baş vermiş hadisə haqqında qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir.
Dostları ilə paylaş: