Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


Saxlanclara (anbarlara) və parklara buraxılış zamanı qarovul rəisinin xüsusi vəzifələri



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə30/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   26   27   28   29   30   31   32   33   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Saxlanclara (anbarlara) və parklara buraxılış zamanı qarovul rəisinin xüsusi vəzifələri 


148. Qarovulun mühafizə etdiyi saxlanclara (anbarlara) buraxılış zamanı qarovul rəisinin 
vəzifəsidir: 
təqdim edilmiş buraxılış vərəqəsini qarovul otağında olan müvafiq nümunə ilə tutuşdurmaq 
və gələnin şəxsiyyətini təsdiq edən sənədi yoxlamaq;
gələnin soyadının və vəzifəsinin qarovul otağında olan siyahıya uyğunluğunu yoxlamaq 
(112-
ci maddə);
təqdim olunmuş möhürü (plombiri) qarovul otağında olan möhürün (plombirin) izi ilə 
tutuşdurmaq.
149. Təqdim edilmiş bütün sənədlər, həmçinin möhür (plombir) düzgün olduqda, qarovul 
rəisi gələnin saxlancları (anbarları) açmaqdan ötrü buraxılmasını dəyişdiriciyə əmr edir; təqdim 
edilmiş buraxılış vərəqəsini özündə saxlayır. 
Qarovul dəyişildikdən sonra birdəfəlik buraxılış vərəqəsi postlar cədvəli ilə birlikdə təhvil 
verilir, həmişəlik buraxılış vərəqəsi isə mühafizə edilən obyektlər bağlanandan sonra təqdim 
edənə qaytarılır. 
Qarovul rəisi postlar cədvəlində göstərilən tələblərə dəqiq əməl etməklə saxlanclara 
(anbarlara) daxil olmağa icazə verir. Qarovul rəisi tezalışan saxlanclara (anbarlara) ancaq 
postlar cədvəlində göstərilən ayaqqabılarla, neft lampası, odlu və soyuq silahları, ya da yandırıcı 
ləvazimatları olmayan şəxslərin buraxılmasına icazə verir. Bu, postlar cədvəlində də göstərilir. 
150. Qarovul rəisi saxlancları (anbarları) açdıqda və ya bağladıqda bu barədə postlar 
cədvəlində qeyd edir, məsələn: «Filan ildə, ayda, gündə, saatda -- №-li buraxılış vərəqəsinə 
əsasən saxlanc (anbar, pul yeşiyi) açıldı (bağlandı)», bu qeydin altında saxlancı (anbarı) 
açmağa (bağlamağa) gəlmiş şəxslə birlikdə imza edir. 
Hər hansı bir saxlanc (anbar) qarovulun dəyişilməsinə qədər mühafizə olunmaq üçün təhvil 
verilməyibsə, bu barədə təzə postlar cədvəlində qeydlər edilir və altında köhnə və təzə qarovul 
rəisləri imza edirlər, buraxılış vərəqəsi isə təzə qarovul rəisinə verilir. 
151. Saxlanc (anbar) bir saatd
an çox olmayan müddətə açılırsa, qarovul rəisi saatdarı 
postda saxlayır. Saxlanc (anbar) bir saatdan çox müddətə açılırsa, qarovul rəisi postlar tabelində 
göstərilən tələblərə uyğun hərəkət edir. 
Saxlancın (anbarın) açıldığı müddət ərzində saatdarın postdan çıxarılması və onun yenidən 
həmin posta qaytarılması haqqında qarovul rəisi postlar cədvəlində müvafiq qeydlər edir. 
152. Qarovul rəisi saxlanca (anbara) buraxılışa aşağıdakı hallarda icazə vermir: 
buraxılış vərəqəsində göstərilən şəxs göstərilmiş gündə və saatda gəlmədikdə və ya 
müvafiq sənədləri olmadıqda;
siyahıda və ya buraxılış vərəqəsində göstərilən şəxsin əvəzinə başqası gəldikdə;
buraxılış vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd düzgün tərtib edilmədikdə, möhürün 
izi ilə (plombirdə isə plombun izi ilə) və ya buraxılış vərəqəsi onun qarovul otağında saxlanan 
nümunəsi ilə uyğun gəlmədikdə.
Bütün göstərilən hallarda qarovul rəisi gələn şəxsi saxlayır, bu barədə postlar cədvəlində 
qeyd edir, qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir, sonra isə onun göstərişinə əsasən 
hərəkət edir. 


153. Qarovulların mühafizə etdikləri parklarda və ya maşınların (təyyarələrin, topların və 
digər döyüş texnikasının) dayandığı yerlərə 148-152-ci maddələrin göstərişlərinə əsasən 
buraxılmağa icazə verilir.  

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin