ayıq xidmət etmək, fikrini yayındırmamaq, silahını əlindən buraxmamaq və onu tabe olduğu
şəxslər də daxil olmaqla, heç kimə verməmək;
təyin olunmuş marşrutla hərəkət edərək, postun yaxınlığındakı girəcəkləri və hasarları
nəzərdən keçirmək, həmçinin siqnalizasiya vasitələrinin sazlığını yoxlamaq;
həyatı
təhlükədə olsa belə, dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək;
(özbaşına postu tərk etmək qarovul xidmətinin nizamnamə qaydalarını pozduğuna görə hərbi
ci
nayəti ağırlaşdıran haldır);
postda tapşırığı yerinə yetirərkən 107-ci maddədə göstərilən
qayda üzrə dolu və həmişə
atışa hazır silahı olmaq;
postlar tabelində göstərilən və yer sahəsində işarə qoyulmuş yerdən posta yaxın məsafəyə
qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, özünün dəyişdiricisindən və onların müşayiət
etdikləri şəxslərdən, həmçinin 168-ci maddədə göstərilən hallarda qarovullar (hərbi hissə)
növbətçisindən başqa heç kəsi buraxmamaq;
qarovulun nəqliyyat vasitələrinin marşrutunu, hərəkət qrafikini, həmçinin onların fərqlənmə
nişanlarını və siqnallarını bildirmək;
postdakı yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;
180-
ci maddədə göstərildiyi kimi əsgəri salam vermək;
obyektin hasarında (postda) hər hansı bir nasazlığı və öz postu,
yaxud qonşu postun
yaxınlığında hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul rəisini çağırmaq;
qarovul itinin hürməsini eşitdikdə, dərhal müəyyən edilmiş siqnalla qarovul otağına xəbər
vermək.
171. Saatdar postda süngüsü taxılmış silahla (süngü-bıçaqsız qundağı qatlanmış
avtomatla, bel qayışından qında olan süngü-bıçaqla) olmalıdır; gecə vaxtı ayaqüstə atış üçün
hazırlıq
vəziyyətində, gündüz vaxtı «qayışda» vəziyyətində və ya ayaqüstə atış üçün hazırlıq
vəziyyətində (15 saylı əlavə); daxili postlarda və Döyüş Bayrağının yanındakı postda taxta
qundaqlı avtomat «qayışda», qatlanan qundaqlı avtomat «döşdə», karabin isə «ayaqda»
vəziyyətində; dolu maqazinlər (daraqlar) olan çanta bağlı olmalıdır.
Saatdara yanğın söndürdüyü və ya təbii fəlakətlə mübarizə apardığı vaxtlar silahı «arxada»
vəziyyətində saxlamağa icazə verilir.
172. Saatdara yatmaq, oturmaq,
nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı
oxumaq, danışmaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını yerinə yetirmək, kimdənsə
şey almaq və kiməsə şey vermək, zərurət olmadıqda patronu yuvasına yeritmək qadağandır.
Saatdar ancaq qarovul rəisinin, onun köməkçisinin, öz dəyişdiricisinin və yoxlamağa gəlmiş
şəxslərin suallarına cavab verməlidir.
173. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda
xəbərdarlıq etmədən silah işlətməlidir.
174.
Saatdar qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, öz dəyişdiricisindən və
onların müşayiət etdikləri şəxslərdən başqa postlara, yaxud göstəricilərlə işarə qoyulan qadağan
edilmiş sərhədə yaxınlaşan
bütün şəxsləri ucadan
Dostları ilə paylaş: