Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə35/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   31   32   33   34   35   36   37   38   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Dayan, atacağam» deyib xəbərdarlıq etməlidir. 
Qaydanı pozan şəxslər bu tələbi də yerinə yetirmədikdə, saatdar onlara qarşı silah işlədir. 
176. Zərurət olduqda saatdar özünü və ya mühafizə etdiyi obyekti müdafiə etməkdən ötrü 
əlbəyaxa döyüşə girərək süngü, yaxud qundaqla cəsarətlə vuruşmalıdır. 
177. Postda yanğın baş verdikdə, saatdar bu barədə müəyyən edilmiş siqnalla qarovul 
otağına dərhal xəbər verməli və mühafizə etdiyi obyektdən müşahidəsini yayındırmadan 
yanğının söndürülməsindən ötrü tədbir görməlidir. Mühafizə etdiyi obyektin texniki ərazisində, 
yaxud daxili və xarici hasarları olan obyektdə, həmçinin postun yaxınlığında yanğın baş 
verdikdə, postda öz xidmətini davam etdirərək, bu barədə qarovul otağına xəbər verməlidir. 
178. Saatdar qəflətən xəstələndikdə , xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 
postda xidmətini davam etdirərək müəyyən edilmiş siqnalla dəyişdiricini və ya qarovul rəisini 
çağırmalıdır. 
179. Müstəsna, təxirəsalınmaz hallarda, yaxud rabitə və siqnalizasiya vasitələri nasaz 
olduqda, saatdar havaya atəş açmaqla, qarovul rəisini və ya dəyişdiricini posta çağırmalıdır. 
xi
[11]
180. Saatdar özünün tabe olduğu rəislərinə və onların müşayiəti ilə posta gəlmiş rəislərə 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində göstərilmiş qayda ilə əsgəri 
salam verməlidir. Bu zaman əvvəl avtomat ayaqüstə atışa hazırlıq vəziyyətindən «qayışa», 
karabin isə «ayağa» alınır. 


181. Saatdar Döyüş Bayrağının yanındakı postda öz vəzifəsini ayaqüstə «azad» 
vəziyyətində yerinə yetirir. Hərbi qulluqçular Döyüş Bayrağına əsgəri salam verdikdə, saatdar 
«farağat» vəziyyəti almalıdır. 
Döyüş Bayrağını mühafizəyə qəbul edəndə saatdar onun çexolunun (şkafın) və ondakı 
möhürün izinin sazlığını yoxlamalıdır. O, Döyüş Bayrağını ancaq qarovul rəisinin şəxsi əmri ilə 
və onun iştirakı ilə postdan verə bilər. 
Döyüş Bayrağının yanındakı posta təhlükə qorxusu (yanğın, daşqın, yaxud başqa təbii 
fəlakət) yarandıqda, saatdar Döyüş Bayrağını təhlükəsiz yerə çıxarmalı və qarovul rəisini dərhal 
çağırmalıdır. 
182. Saatdar açılmış saxlancda (anbarda, parkda), yaxud maşınların (təyyarələrin, topların 
və ya digər döyüş texnikasının) dayandığı yerdə iş görüldüyü hallarda öz vəzifəsini postlar 
tabelində göstərilənlərə uyğun yerinə yetirir. 
Bunlardan əlavə alışma təhlükəsi olan saxlancları (anbarları) mühafizə edən saatdarın 
vəzifəsidir: 
mühafizə edilən obyektlərin yanında heç kəsin papiros çəkməsinə, od qalamasına, atəş 
açmasına, həmçinin postlar tabelində göstərilən məsafədən yaxında nəzərdə tutulmayan 
işıqlandırıcı cihazlardan istifadə etməsinə yol verməmək;
heç kəsi saxlanca (anbara) postlar tabelində nəzərdə tutulmayan ayaqqabı və fənərlə, 
həmçinin soyuq və odlu silahla buraxmamaq.
183. Həbs edilənləri hauptvaxtda mühafizə edən saatdarın vəzifəsidir: 
mühafizə etdiyi həbs edilənlərin sayını bilmək;
kameraların xaricində qapıların qabağında olmaq və nəzarət pəncərəsindən həbs 
edilənlərin müəyyən edilmiş qaydaları pozmamalarına, onların hərəkətlərinə və davranışlarına 
diqqət yetirmək, həbs edilənlərin pəncərə çərçivələrini, metal barmaqlıqları, döşəməni və 
divarları xarab etmələrinə yol verməmək;
həbs edilənlərin kameralarında gecə vaxtı işıq olmasına diqqət yetirmək;
qarovul rəisinin, qarovul rəisi köməkçisinin və öz dəyişdiricisinin şəxsi sərəncamı olmadan 
həbs edilənləri kameralardan bayıra və onların yanına heç kimi buraxmamaq;
həbs edilənlərlə danışmamaq, onlara heç nə verməmək və onlardan heç nə almamaq;
həbs edilənlərin yoldan keçənlərdən bir şey almalarına, onların pəncərədən küçəyə kağız 
və başqa şey tullamalarına və kənar adamlarla danışmalarına yol verməmək;
həbsdə olan şəxs çıxarıcını çağırmağı xahiş etdikdə, bu barədə dəyişdiriciyə, qarovul 
rəisinə və ya onun köməkçisinə məlumat vermək;
həbs edilənlər onun tələblərini yerinə yetirmədikdə, dərhal qarovul rəisini, onun köməkçisini 
və ya dəyişdiricini çağırmaq;
qaçan həbs edilənə (həbs edilənlərə) ucadan 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin