X fəsil.
Qarovulların dəyişməsi və dəyişilməsi
Qarovulların dəyişməsi
189. Qarovulların dəyişməsi, qarovulun xidməti yerinə yetirməyə hazır olmasını
yoxlamaqdan, onların 98-ci maddədə göstərilən şəxslərin tabeliyinə keçməsindən və qarovullara
köhnə qarovulları dəyişmək hüququnun verilməsindən ibarətdir. Qarovulların dəyişməsi 40
dəqiqədən artıq davam etməməlidir.
1
90. Qarnizon qarovullarının dəyişmə yerini və vaxtını qarnizon rəisi, daxili qarovullarınkını
isə hərbi hissə komandiri müəyyən edir. Qarovulların dəyişmə yerinə və dəyişmə yerindən
qarovul otağına getməsinə saat yarımdan artıq vaxt sərf olunmamalıdır.
Böy
ük qarnizonlarda qarovulların dəyişməsi qarnizon rəisinin sərəncamı ilə ayrı-ayrı
yerlərdə aparıla bilər.
191. Dəyişmə yerinə və ya dəyişmə yerindən qarovul otağına piyada getmək üçün 30
dəqiqədən çox vaxt tələb olunarsa, qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə
qarovula nəqliyyat vasitəsi verilməlidir.
192. Dəyişməyə qarovulların bütün şəxsi heyəti və orkestr çıxarılır. Onlar dəyişmə yerinə
onun başlanmasına 10 dəqiqə qalmışdan gec olmayaraq gəlməlidirlər.
Qarnizonlarda və hərbi hissələrdə orkestr olmadıqda, həmçinin havanın temperaturu -15o
S və ondan aşağı olduqda, qarovulların dəyişməsinə iki-üç təbilçi çıxarılır.
193. Qarnizon (düşərgə) qarovullarının dəyişməsi qarovullar növbətçisi (bölmə qarovullar
növbətçisi, düşərgə toplanışı növbətçisi) tərəfindən aparılır.
Daxili (gəmi) qarovullarının dəyişməsi hərbi hissə (gəmi) növbətçisi tərəfindən aparılır.
Müvəqqəti qarovulların dəyişməsi daimi qarovullarla birlikdə aparılır. Müvəqqəti qarovullar
daimi qarovulların dəyişməsindən sonra təyin olunduqda, onların dəyişməsi ayrıca aparılır.
194. Hər bir qarovul rəisi dəyişmə yerinə gəlib yeni qarovul növbətçisinin köməkçisinə
məlumat verir, məsələn:
Dostları ilə paylaş: