Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


«Qarovullar, DÜZLƏN», «FARAĞAT», «Orkestr, toplanış ÇAL» («Təbilçilər, toplanış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə40/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   36   37   38   39   40   41   42   43   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Qarovullar, DÜZLƏN», «FARAĞAT», «Orkestr, toplanış ÇAL» («Təbilçilər, toplanış 
çalın»). «Farağat» komandası ilə qarovullar növbətçisi, onun köməkçisi və tapança ilə 
silahlanmış hər bir qarovul rəisi sağ əlini baş geyiminə yapışdırır. 
201. 
«Toplanış» çalınıb qurtardıqdan sonra qarovullar növbətçisi, onun köməkçisi və 
qarovullar rəisləri əllərini baş geyimlərindən aşağı salırlar. Qarovullar növbətçisi «Qarovul 
rəisləri, yanıma gəl» komandası verir. Qarovul rəisləri sıra addımları ilə qarovullar növbətçisinə 
yaxınlaşır və ondan iki-üç addımlıqda bir cərgədə (bir addım ara saxlamaqla) durub, qarovulların 
sıra nömrələrinin ardıcıllığı ilə özlərini təqdim edirlər, məsələn: 
«Bir nömrəli qarovul rəisi 
leytenant Xəlilov». 
Qarovullar növbətçisi hər bir qarovul rəisinə onun xidmətinin xüsusiyyətini xatırladır və 
parollar olan kağızları onlara verir. 
202. Parollar olan kağızları verib, parolların düzgün başa düşülməsinə əmin olduqdan 
sonra 
«Qarovul rəisləri, sıraya dur» komandası verir. Qarovulun rəisləri bu komanda ilə sırada 
öz yerlərini tuturlar; orkestr (təbilçilər) 10-15 addım qabağa çıxır və üzü qarovullara tərəf 
dayanırlar. Qarovullar növbətçisi komanda verir: 
«Orkestr, dəyişmə çal». Orkestr çaldığı vaxt 
qarovullar növbətçisi, onun köməkçisi və tapança ilə silahlanmış hər bir qarovul rəisi sağ əlini 
baş geyiminə yapışdırır. 
Orkestr çalıb qurtardıqdan sonra qarovullar növbətçisi komanda verir: 
«Qarovullar, sağa 
— 
DÖN», «Addımla — MARŞ». Qarovullar (qarovul) karabinlə silahlanıblarsa, «Qarovullar, 
sağa — DÖN» komandasından sonra «Qayışa — AL» komandaları verilir. 
«Marş» komandasında qarovullar sıra addımları ilə qarovullar növbətçisinin yanından 
keçərək öz mühafizə edəcəkləri obyektlərə gedirlər; qarovul rəisləri öz qarovullarından iki addım 
qabaqda, dəyişdiricilər öz postlarının qarovul nəfərlərindən bir addım qabaqda, qarovul rəisinin 
köməkçiləri öz qarovullarının arxasınca gedirlər. Orkestr (təbilçilər) öz yerində qalaraq marş 
çalır(lar). 
Orkestr (təbilçilər) qarovullar növbətçisinin sərəncamı (siqnalı) ilə çalmağı dayandırır(lar). 
203. Qarovulların dəyişməsi zamanı qarnizon rəisi qarnizon hərbi komendantı (daxili 
qarovullarda 
hərbi hissə komandiri) və ya onların birbaşa rəisləri, həmçinin qarnizon hərbi 
hissələrinə (hərbi hissəyə) təftiş və yoxlanış aparılmasına rəhbərlik edən şəxs gəldikdə, onları 


qarşılamaqdan ötrü qarovul (hərbi hissə) növbətçisi «Qarovullar — 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin