Qarnizon rəisinin arxa xidmət üzrə müavini 24. Qarnizon rəisinin arxa xidmət üzrə müavini qarnizon hərbi hissələrinin arxa xidmət üzrə
təminatı tədbirlərinin vaxtında görülməsinə cavabdehdir.
Qarnizon rəisinin arxa xidmət üzrə müavininin vəzifəsidir:
qarnizon
hərbi
hissələrinin
çörəkbişirmə
müəssisələrindən,
soyuduculardan,
sallaqxanalardan, hamamlardan, camaşırxanalardan, tikiş emalatxanalarından və s. istifadə
etməsi, hərbi yüklərin avtomobil nəqliyyatı ilə mərkəzləşdirilmiş qaydada gətirilməsi planlarını,
hərbi hissələrdən avtomobil nəqliyyatının və ekspeditorların ayrılması qrafikini, həmçinin
müəyyən edilmiş qaydada otlaqlar, biçənəklər və yardımçı (mətbəxyanı) təsərrüfatlar üçün
müvəqqəti istifadə edilməsinə icazə verilmiş torpaq sahələrinin qarnizon hərbi hissələri arasında
bölüşdürülməsi planını qarnizon rəisinin təsdiqinə vermək;
qarnizon hərbi hissələri üçün maddi vəsaitlərin mərkəzləşdirilmiş qaydada gətirilməsini
təşkil etmək;
qarnizon hərbi hissələri üçün gəlmiş dəmiryol vaqonlarının və gəmilərin (barjların) vaxtında
boşaldılmasına nəzarət etmək, zərurət olduqda isə onun sürətləndirilməsi üçün tədbirlər görmək;
səfərbərlik və qarnizonda həyəcan elan olunması halları üçün təsərrüfat tədbirləri planlarını
işləyib hazırlamaq;
hərbi ticarət orqanlarını qarnizonun ticarət-məişət xidməti müəssisələri üçün bina ilə,
yeməkxanalar üçün mebellə və qeyri-istehsal təyinatlı mexaniki avadanlıqla təmin etmək,
həmçinin onların qızdırılmasını, işıqlandırılmasını və su təchizatını təmin etmək; malların
gətirilməsi üçün lazımi nəqliyyat ayırmaq;
qarn
izonda yanğından mühafizə xidmətinin təşkilinə və qarnizon hərbi hissələrinin
yanğından mühafizə komandalarının daimi hazırlığına nəzarət etmək;
hərbi qulluqçulara və onların ailələrinə daha yaxşı xidmət etmək üçün qarnizon ticarət-
məişət xidməti müəssisələrinin işinə nəzarət təşkil etmək, həmçinin qarnizonun tikiş
emalatxanalarında rəsmi geyimlərin və ayaqqabıların tikilməsinin təşkilinə və keyfiyyətinə
nəzarət etmək;
qarnizon hərbi hissələrini çörəklə təmin edən qarnizon və mülki çörəkbişirmə
müəssisələrində bişirilən çörəyin keyfiyyətinə nəzarət etmək;
arxa xidmətin və qarnizonun nümunəvi hərbi hissələrinin hərbi təsərrüfatının iş təcrübəsini
öyrənmək üçün qarnizon hərbi hissələrinin arxa xidmət zabitləri ilə iş aparmaq;
yerli ehtiyatlardan səmərəli istifadə edilməsi üçün qarnizon hərbi hissələrinin yerləşdiyi
rayonun iqtisadi vəziyyətini öyrənmək.