qarnizon qarovullarının mühafizə etdikləri saxlanclara (anbarlara) buraxılma qaydalarını
müəyyən etmək;
qarnizon və daxili qarovulların
xidməti yerinə yetirməsini, həmçinin həbs edilənlərin
qarnizon hauptvaxtında düzgün saxlanmasını ayda bir dəfədən az olmayaraq şəxsən yoxlamaq;
qarnizona gələn hərbi hissələri (bölmələri, komandaları) Baş Qərargah rəisinin göstərişi ilə
yerləşdirmək;
qarnizonun hərbi hissələri üçün təlim çöllərindən, atəş meydanlarından, poliqonlardan,
tankodromlardan və başqa təlim obyektlərindən istifadə qaydalarını müəyyən etmək, həmçinin
orada təhlükəsizlik tədbirlərinin təşkilini yoxlamaq;
yerli hakimiyyət orqanları ilə razılaşaraq açıq su hövzələrindən qoşunların su təchizatı üçün
istifadə qaydasını, şəxsi heyətin çimməsi yerlərini, vaxtını və qaydasını müəyyən etmək, çimmə
vaxtı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək;
ümumqarnizon
ictimai-
siyasi, mədəni-maarif və idman tədbirlərini, həmçinin mədəni-maarif
idarələrinin qarnizon hissələrinə xidmətetmə planını nəzərdən keçirib təsdiq etmək;
qarnizon hərbi avtomobil müfəttişliyinin (HAM) işinə rəhbərlik etmək;
rayon (qarnizon) mənzil-istismar hissəsinin hərbi hissələrin yerləşdirilməsi işinə rəhbərlik
etmək və qarnizonda yaşayış sahəsi bölgüsünü təsdiq etmək;
binaların, hərbi şəhərciklərin ərazisinin və ümumqarnizon istifadəsindəki tikililərin hərbi
hissələr tərəfindən saxlanmasını yoxlamaq, onlar boşaldıqda isə mühafizəsini təşkil etmək;
qarnizon qoşunlarının paradını və qoşunların iştirakı ilə başqa tədbirləri keçirmək,
zəruri
hallarda fəxri qarovullar təyin etmək;
yanğınları söndürmək və təbii fəlakətlərə qarşı mübarizə aparmaq, yaxud yanğından və
təbii fəlakətlərdən zərər çəkmiş mülki əhaliyə kömək göstərmək üçün bölmələr (hərbi hissələr)
ayırmaq (360-cı maddə);
qarnizon hərbi hissələrinin qış və yay geyim formalarına keçməsi vaxtını təyin etmək;
qarnizon hərbi hissələrində və idarələrində binaların qızdırılma vaxtının başlanğıcını və
sonunu elan etmək;
ümumqarnizon tədbirlərinin, Şəhidlər xiyabanlarında, döyüş şöhrəti abidələrinin və
qardaşlıq məzarlarının önündə təntənəli və hərbi mərasimlərin
keçirilməsini təşkil etmək, eyni
zamanda əsgəri qəbirstanların, qardaşlıq məzarlarının və əsgəri abidələrin lazımi qaydada
sax
lanmasına qayğı göstərmək;
qarnizondakı hərbi hissələrdə xidmət etməyən hərbi qulluqçuların nalayiq hərəkətlərinə
görə inzibati təhqiqat təyin etmək, onları intizam
məsuliyyətinə cəlb etmək; cinayət törətdikləri
hallarda isə bu barədə dərhal hərbi prokurora xəbər vermək, Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq.
Dostları ilə paylaş: