Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, öndən) qarşılamaq üçün



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə59/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   55   56   57   58   59   60   61   62   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, öndən) qarşılamaq üçün 
qarovula — AL»
, avtomatlarla silahlanmış qarovula isə «Qarovul — 
DÜZLƏN», «FARAĞAT», 
«Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir. 
Bu komandalar üzrə fəxri qarovul silahı «qarovula» alır, yaxud ancaq başını qarşılanan 
şəxsə tərəf döndərir; orkestr «Qarşılama marşı» çalır, qarovul rəisi sağ əlini baş geyiminə 
yapışdırıb sıra addımları ilə qarşılanan şəxsə yaxınlaşır və ona iki-üç addım qalmış dayanıb 
raport verir, məsələn, 
«Yoldaş Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı. Sizin gəlməyiniz münasibətilə fəxri 
qarovul düzülüb. Qarovul rəisi mayor Əliyev». 


Qarovul rəisi raport vermək üçün dayandıqda orkestr çalmağı dayandırır. 
Qarovul rəisi raportu qurtardıqdan sonra sol (sağ) ayaqla yana bir addım atıb, eyni vaxtda 
sağa (sola) dönür. Orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. 
Himn ifa e
dilib qurtardıqdan sonra qarovul rəisi qarşılanan şəxsi onun arxasınca bir-iki 
addım geridə, sıranın kənar tərəfi ilə gedərək və sağ əlini baş geyimindən aşağı salmadan 
qarovulun önü ilə müşayiət edir. 
Salamlaşmadan və qarovulun önündən keçdikdən sonra qarovul rəisi sağ əlini baş 
geyimindən aşağı salır, karabinlərlə silahlanmışlara 
«Ayağa — AL» komandası verir və 
qarovulu yenidən üç-üç (dörd-dörd) kolona düzür; sonra qarovul qarşılanan şəxsin önündən 
təntənəli marşla keçir. 
328. Döyüşçülərin abidə və məzarlarına əklillər qoymaqla, əsgəri ehtiram göstərmək üçün 
təyin edilmiş fəxri qarovullar öz vəzifələrini bu Nizamnamənin XVIII fəslinə uyğun yerinə yetirirlər. 
329. Abidə açılarkən, fəxri qarovul abidənin önündə üzü abidəyə ikicərgə düzülür. Qarovul 
rəisi abidənin yanlarına iki cüt saatdar qoyur. Saatdarlar avtomat «döşdə» (karabinlər «ayaqda») 
«farağat» vəziyyətində durmalıdırlar. 
Abidəni açmağa müvəkkil edilmiş şəxs 40-50 addımlığa çatanda qarovul rəisi «Qarovul — 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin