Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə58/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   54   55   56   57   58   59   60   61   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


XVI fəsil. 
Qoşunların nümayiş və mitinqlərdə iştirakı 
319. Qoşunların nümayiş və mitinqlərdə iştirakı hər bir halda qarnizon, birləşmə və əlahiddə 
hərbi hissə üzrə əmrlə müəyyən edilir. 
Hərbi hissələrin, hərbi təhsil müəssisələri və idarələrinin hərbi qulluqçuları ancaq qarnizon 
hüdudlarında keçirilən mitinq və nümayişlərə bölmələrin tərkibində cəlb edilə bilərlər.
 xii
[12]
320. Əmrdə aşağıdakılar göstərilir: 
nümayişin (mitinqin) məqsədi;
nümayişdə (mitinqdə) iştiraka cəlb edilən qoşunun tərkibi;
geyim forması;
qoşunun yığılma vaxtı və yeri;
qoşunun hərəkət marşrutu, düzülüşü və keçmə qaydaları.
Əmrdə nümayiş (mitinq) vaxtı asayişi qorumaq üçün qarnizon hərbi komendantının 
sərəncamına ayrılan naryad da göstərilir. 
Mitinq və nümayişlərdə iştirak etmək üçün qoşunlar silahsız çıxarılır. 
 
 


XVII fəsil. 
Fəxri qarovullar 
321. Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə (komanda) fəxri qarovul adlanır. 
Fəxri qarovul 19-cu maddədə göstərilən şəxsləri qarşılamaq üçün, eləcə də 353-cü 
maddədə nəzərdə tutulmuş hallarda təyin edilir. 
Bunlardan başqa, fəxri qarovul aşağıdakı hallarda təyin edilə bilər: 
təntənəli iclaslara çıxarılan döyüş bayraqlarının yanında durmaq üçün;
dövlət abidələrinin açılışı ilə əlaqədar;
xarici ölkə nümayəndələrinin qarşılanması və yola salınması üçün;
hərbi qulluqçuların və dövlət qarşısında xüsusi xidmətləri olan mülki şəxslərin dəfn 
mərasimi ilə əlaqədar.
322. Fəxri qarovul qarnizon rəisi, birləşmə yaxud əlahiddə hərbi hissə komandirinin əmri ilə 
təyin edilir. Xarici ölkə nümayəndələrinin qarşılanması və yola salınması üçün hər bir ayrı halda 
fəxri qarovul Baş Qərargah rəisinin xüsusi göstərişi ilə ayrılır. 
323. Fəxri qarovulun tərkibinə taqımdan bölüyə qədər (yaxud başqa qoşun növünün 
müvafiq bölməsi piyada sırasında) bölmə və hərbi orkestr təyin edilir. Fəxri qarovul ancaq 
zabitlərlən, zabit və gizirlərdən (miçmanlardan), yaxud çavuşlardan da təyin edilə bilər. 
Fəxri qarovulun geyim forması, şəxsi heyətin silahı, eləcə də saatdarların hər bir hal üçün 
vəzifələri qarnizon rəisi (birləşmə, hərbi hissə komandiri) tərəfindən müəyyən edilir. 
Fəxri qarovula döyüş sursatı verilmir. 
324. Saatdarlar qoymaq zərurəti olduqda fəxri qarovulların öz heyətlərindən, bir qayda 
olaraq, cüt saatdarlar təyin edilir. 
325. Fəxri qarovullar qarnizon rəisinə və qarnizon hərbi komendantına (birləşmə, hərbi 
hissə komandirinə) tabedir. 
326. Fəxri qarovulların rəisliyinə zabitlər təyin edilirlər. 
327. 19-
cü maddədə göstərilmiş şəxsləri qarşılamaq üçün fəxri qarovul Döyüş Bayrağı ilə 
açıq ikicərgə sıraya düzülür. Bayraqdar və assistentlər qarovulun sağ cinahında iki addımlıqda, 
orkestr Döyüş Bayrağından sağda üç addımlıqda durur. 
Qarşılanan şəxs 40-50 addımlığa çatanda fəxri qarovul rəisi karabinlərlə silahlanmış 
qarovula «Qarovul — 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin