Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə54/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   50   51   52   53   54   55   56   57   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


Üçüncü bölmə. 
Qoşunların iştirakı ilə qarnizon tədbirlərinin keçirilməsi 
  
XV fəsil. Qoşunların paradları 
Ümumi müddəalar 
289. Qarnizon qoşunlarının paradları Azərbaycan Respublikasının dövlət bayramlarını, 
eləcə də xüsusi göstərişlərlə mühüm dövlət və hərbi əhəmiyyətli hadisələri təntənəli surətdə 
qeyd etmək üçün keçirilir. 
290. Parad
da iştirak edəcək qoşunların tərkibi, paradın yeri və vaxtı, geyim forması, hərbi 
hissələrin hərəkət marşrutları, onların düzülmə və keçmə qaydaları bütün hallarda qarnizon 
rəisinin əmri ilə müəyyən edilir. Əgər nəzərdə tutulubsa, əmrdə həmçinin artilleriya salyutu 
haqqında göstərişlər verilir. 
291. Paradda iştirak edəcək qoşunlara komanda vermək üçün hər dəfə xüsusi əmrlə 
paradın komandanı təyin edilir. 
292. Paradda iştirak edən hərbi qulluqçuların, bölmələrin və hərbi hissələrin hərəkətləri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində şərh edilmiş qaydalarla icra 
olunur. 
293. Qoşunlarla gələn orkestrlər paradın düzülmə yerinə çatanda çalmağı dayandırır. 
Birləşmələr (hərbi hissələr) yerlərini düzülüş sxeminə görə tutur. Birləşmə (hərbi hissə) 
komandirləri və onların müavinləri öz birləşmələrinin (hərbi hissələrinin) sağ cinahında bir cərgə 
sıraya düzülürlər; bayraqdar və assistentlər birləşmənin (hərbi hissənin) Döyüş Bayrağı ilə 
müavinlərdən iki addım solda dururlar. 
Hərbi hissələrin orkestrləri qarnizon hərbi dirijorunun komandası altında birləşmiş orkestr 
şəklində paradı qəbul edənin önündə və qoşunların çıxış vəziyyətinə bir qədər yaxın, 
şeypurçular birləşmiş orkestrin önündə düzülürlər. Təyin edilmiş təbilçilər isə qabaqda gedən 
bölmənin arxasında bir, yaxud bir neçə cərgədə dururlar. 
294. Ordenlərlə təltif edilmiş birləşmələrin (hərbi hissələrin) Döyüş Bayraqları ordenləri və 
orden lentləri ilə gətirilməlidir. 
295. Karabinlərlə silahlanmış hərbi hissələr (bölmələr) parad üçün karabinləri «ayaqda», 
avtomatlarla silahlanmışlar isə avtomatları «döşdə» vəziyyətində düzülürlər. 
Hərbi hissə komandirləri öz hərbi hissələrinin gəlməsi və düzülməsi haqqında paradda 
iştirak edən birləşmə (hərbi hissə) komandirlərindən ən böyüyünə məlumat verirlər. 
296. Hərbi hissələrin düzülmə yerlərini, onların cinahlarını və sıralarının dərinliyini, eləcə də 
qoşunların təntənəli marşla keçməsi xəttini göstərmək üçün qarnizon hərbi komendantının 
sərəncamına cızıqdarlar ayrılır. Cızıqdarlar qarnizon hərbi komendantının xüsusi sərəncamı ilə 
hər bir hərbi hissədən zabit komandası altında gəlirlər. 
Qoşun düzüləcəyi yerdə cızıqdarların düzülməsi qoşunlar gələnə kimi qurtarmalıdır. Hərbi 
hissələrin öz düzülmə yerlərini tutmasından sonra cızıqdarlar öz bölmələrində sıraya dururlar. 


297. Parad üçün düzülmə yerində qoşunlar paradı qəbul edənin gəlməsinə qədər ancaq 
onların düzülmüş sıralarının önündən keçən hərbi hissələrə və parad komandanına əsgəri salam 
verirlər. 
Sıradan kənarda duran hərbi qulluqçular parad komandanına, paradı qəbul edənə raport 
verilərkən və hərbi hissələr təntənəli marşla keçərkən «farağat» vəziyyəti qəbul edib, əllərini baş 
geyimlərinə yapışdıraraq, onların döyüş bayraqlarına əsgəri salam verirlər. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin