Qarovul təyin edilmiş bölük (batareya) komandirinə, həmçinin onun müavinlərinə və bölük
(batareya) komandirinin bütün birbaşa rəislərinə qarovulları yoxlamağa
icazə verən vəsiqə
verilmir.
Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı və
onun köməkçiləri dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport ərazisində yerləşən
qarovulları yoxlamağa icazə verən vəsiqəsiz yoxlayırlar, onlar ancaq şəxsiyyət vəsiqələrini
təqdim edirlər.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının və Daxili Qoşunlarının qarovulları bu
qoşunların vəzifəli şəxsləri tərəfindən yoxlanılır.
244. 242-
ci maddədə göstərilən rəislərin sərəncamı ilə qarovulları yoxlamağa gəlmiş bütün
şəxslər yoxlamanı qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin (qarovul ona
tabedirsə hərbi hissə növbətçisi köməkçisinin) müşayiəti ilə aparırlar. Qarovullar (hərbi hissə)
növbətçisi bu şəxslərin şəxsiyyət vəsiqəsini və yoxlamağa icazə verən birdəfəlik vəsiqəsini
y
oxlayır.
Öz hərbi hissəsinin zabitləri hərbi hissə növbətçisi və ya onun köməkçisi onları müşayiət
etmədən qarovulu yoxlaya bilərlər.
245. Saatdarların xidmətini yoxlayan şəxsləri postlara bir-iki silahlı qarovul nəfəri ilə qarovul
rəisi və ya onun köməkçisi müşayiət edir.
Saatdarların xidmətini yoxlayan şəxslər (saatdarların tabe olduqları şəxslər istisna olmaqla)
onları
məzəmmət etmirlər; bütün müəyyən olunmuş çatışmazlıqlar haqqında onları müşayiət
edən şəxslərə göstəriş verirlər. Yoxlamanın nəticələrini və öz göstərişlərini yoxlayıcılar postlar
cədvəlində yazırlar.
Saatdarların xidmətini yoxlama zamanı mühafizə olunan obyektə nəzarəti gücləndirməkdən
ötrü qarovul rəisi (rəis köməkçisi) onu müşayiət edən qarovul nəfərini bu işə cəlb edir.
246. Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı almağa cəhd
etmək vasitəsilə və bədbəxt hadisə törədə biləcək başqa üsullarla yoxlamaq qadağandır.
247. Saatdarların
xidmətini yoxlamaq üçün, həmçinin qarovul rəisi və ya onun köməkçisi
(dəyişdirici) posta çağırıldıqda o, doldurulmuş silahla və bir-iki silahlı qarovul nəfərinin müşayiəti
ilə posta gəlməlidir.
248. Hərbi hissə qərargahı rəisi bir gün əvvəl dəyişilmiş qarovulun postlar tabelini baxmaq
və qərar qəbul etmək üçün hərbi hissə komandirinə təqdim edir. Bundan sonra qarnizon
qarovulunun postlar cədvəlində qeyd olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün görülməli
tədbirlər göstərilməklə hərbi hissə qərargahı rəisi onu iki sutkadan gec olmayaraq qarnizon hərbi
komendantına qaytarır.
Qarov
ulların postlar cədvəli hərbi komendantlıqda (hərbi hissə qərargahında)
cari ildən
sonrakı bir il ərzində saxlanılır.
Dostları ilə paylaş: