Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə47/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   43   44   45   46   47   48   49   50   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Qarovul nəfəri, postu 
qəbul et» komandası ilə qarovul dəyişdiricisi ilə birlikdə saatdarın və köhnə qarovul 
dəyişdiricisinin iştirakı ilə mühafizə olunan obyekti dolanaraq onun hasarlarının, qapılarının 
(darvazalarının), saxlancların (anbarların, parkların) pəncərə və divarlarının sazlığını, yeşiklərin 
miqdarını və vəziyyətini, maşınların, təyyarələrin, topların və ya döyüş texnikasının sayını 
yoxlamağa borcludur. Təhvil verilənlər arasında qıfıllar, plomblar və möhürlər olduqda, onların 
bütövlüyünü və qaytanların sazlığını baxmaqla yoxlayır. 
Həbs edilənlər olan kameraların yanındakı postu qəbul etdikdə qarovul nəfəri bundan 
əlavə, orada olan həbs edilənlərin sayını da yoxlamalıdır. 


Zərurət olduqda, postu qəbul edən qarovul nəfəri dəyişdiricinin köməyi ilə post paltarını 
geyinir (8 saylı əlavə). 
220. 
Saatdarların birinci növbəsini postlara qoyarkən hər iki dəyişdirici dəyişilən saatdarın 
postu qəbul edən qarovul nəfərinə düzgün təhvil verməsinə və onu hasarların, siqnalizasiyanın 
və postun giriş yerləri, eləcə də başqa xüsusiyyətləri ilə tanış etməsinə nəzarət edir; post 
paltarını qəbul etdikdə isə onun sazlığını yoxlayır. 
221. Postun təhvil-təslimi zamanı hər hansı bir nasazlıq (hasarların, yaxud möhürlərin, 
plombların, qıfılların, qaytanların, qapıların, pəncərələrin zədələnməsi) və ya möhürlərin 
(pl
ombların) onların izlərinə, postlar tabelində göstərilən saylarına uyğunsuzluq, həmçinin 
mühafizə olunan döyüş texnikasının sayının uyğunsuzluğu aşkar edilərsə dəyişdirici postun 
təhvilini dayandırır və qarovul rəisini çağırır; postları yeni qarovul qəbul etdiyi zaman belə hallar 
baş verdikdə, köhnə və yeni qarovul rəisləri çağırılırlar. 
222. Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri 
mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə ilə məlumat verirlər
məsələn: 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin