Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


XI fəsil.  Qarovullarda daxili qayda



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə49/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

XI fəsil. 
Qarovullarda daxili qayda 
229. Qarovul heyətindən heç kəsin qarovul rəisinin icazəsi olmadan qarovul otağını tərk 
etməyə ixtiyarı yoxdur. 
230. Qarovul otağında sakitliyə və qayda-qanuna əməl olunmalıdır. Oxumaq və çalğı 
alətlərində çalmaq qadağandır. Radio verilişlərinə ancaq qulaqlıq vasitəsilə qulaq asmağa, kitab 
oxumağa, yazmağa, şahmat və dama oynamağa icazə verilir. Papiros çəkməyə və ayaqqabı 
təmizləməyə bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə icazə verilir. 
231. Avtomatlar və pulemyotlar piramidalara çaxmaqları qabağa vəziyyətində olmaqla 
maqazinsiz qoyulur. Karabinlər doldurulmamış, çaxmağı bağlı və çaxmaq dabanı buraxılmış 
halda pi
ramidalara qoyulur. Qarovul otağında piramidalar qıfılla bağlanmamalıdır. Pulemyotun 
maqazinləri piramidanın xüsusi qıfılla bağlı yeşiyində saxlanır, açarı isə qarovul rəisində olur. 
Doldurulmuş avtomat maqazinləri (karabin daraqları) olan çantalar və bel qayışındakı qınlar 
çıxarılmır. 
Tapança ilə silahlanmış qarovul rəisləri qarovul otağında silahlarını çıxarmırlar. 
Piramidalardan silahlar ancaq qarovul rəisinin və yaxud onun köməkçisinin icazəsi ilə 
götürülür. Silahlar onların rəhbərliyi və bilavasitə nəzarəti altında təmizlənir. Silahı təmizləmək 
üçün onu sökməyə icazə verilmir. 
232. Qarovulun şəxsi heyətinə qarovul otağında başıaçıq və şinelsiz olmağa o şərtlə icazə 
verilir ki, ləvazimatları üstlərində olsun. Çıxarılan şinellər və baş geyimləri paltarasılandan 
asılmalıdır. 
233. Qarovulun şəxsi heyətinə, qarovul rəisi və onun köməkçisi istisna olmaqla, qarovul 
otağına gələnlərlə danışığa girmək qadağandır; ancaq qarovulu yoxlayan şəxslərin suallarına 
cavab verməyə icazə verilir. 
234. Ancaq yaxasını açmaqla və bel qayışını boşaltmaqla soyunmadan və ləvazimatı 
çıxarmadan uzanaraq istirahət etməyə (yatmağa) aşağıdakılara icazə verilir: 
qarovul rəisinə — təlimatda müəyyən edilmiş qaydada gündüz (hauptvaxtda gecə) 4 
saatdan çox olmayaraq;
qarovul rəisinin köməkçisinə — qarovul rəisinin icazəsi ilə 4 saatdan çox olmayaraq;
dəyişdiricilərə, çıxarıcılara və nəqliyyat vasitələrinin sürücülərinə — qarovul rəisinin icazəsi 
ilə vəzifələrini icra etmədikləri boş vaxtlarda;
qarovul nəfərlərinin bir növbəsinin tərkibinə — postlara getməzdən qabaq, postlardan 
dəyişilmiş növbə qarovul otağına gəldikdən və qarovulun döyüş heyəti təyin edildikdən (132-ci 
maddə) sonra;
ancaq gecələr obyektləri mühafizə edən qarovul nəfərlərinə — qarovul otağına qayıtdıqdan 
sonra və yenidən postlara gedənə qədər olan vaxtda.
İstirahət edən qarovul nəfərlərinə və dəyişdiricilərə ayaqqabılarını və ayaq dolaqlarını 
çıxarıb qurutmağa icazə verilir. 


235. Qarovulu «silaha» çağırdıqda qarovul otağında olan qarovulun şəxsi heyəti, həmçinin 
istirahət edən növbə baş geyimlərini geyərək, hər kəs silahını götürüb qarovul otağının içində öz 
nömrələri ardıcıllığında sıraya düzülürlər. 
Şinellər qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir. 
Qarovulun qarovul otağından çıxarıldığı bütün hallarda (yanğın və ya təbii fəlakət baş 
verdiyi hallardan başqa) orada qarovul rəisinin köməkçisi və ya dəyişdiricilərdən biri, onlar 
olmayan qarovullarda isə qarovul nəfərlərindən biri qalmalıdır. 
236. Hərbi hissənin yerləşdiyi yerdə olmayan qarnizon qarovullarına, həmçinin daxili 
qarovullara xörək onların göndərildiyi bölmələrin komandirlərinin və ya hərbi hissə növbətçisinin 
göstərişləri ilə gətirilir. 
Hərbi hissə daxilində yerləşən qarovulun şəxsi heyətinə xörək qarovul rəisinin göstərişi ilə 
oyaq növbənin qarovul nəfərləri tərəfindən gətirilir. 
237. Qarovul otağında, qarovulu sıraya düzmək üçün meydançada və ayaqyolunda 
təmizliyi və qaydanı gözləmək, həmçinin sobaları qalamaq və lampalara qulluq etmək qarovul 
heyətinə həvalə olunur. Qarovulun bu vəzifələri yerinə yetirməsinə, həmçinin avadanlığın, 
inventarın və əmlakın salamatlığına nəzarət etmək qarovul rəisinin köməkçisinə, o, təyin 
edilməyən qarovullarda isə qarovul rəisinə həvalə olunur. 
238. Gündəlik təmizləmədən əlavə, ayda bir dəfədən az olmayaraq, qarnizon hərbi 
ko
mendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi gündə qarnizon (hərbi hissə) tibb 
xidməti rəisinin sərəncamına əsasən qarovul otağında dezinfeksiya aparılır. 
239. İlin soyuq vaxtlarında qarovul otağının sutkada dörd dəfədən az olmayaraq havası 
dəyişdirilir. İsti vaxtlarda nəfəslik və ya pəncərə otağın bir tərəfində açıq saxlanır. Qış vaxtı 
qarovul otağının temperaturu +18oS-dən az olmamalıdır. Sobaların qızdırılması qarnizon rəisinin 
müəyyən etdiyi vaxta qədər davam etdirilməlidir. Qarovul heyəti üçün xörək qızdırmaqdan ötrü 
pilətənin və qurutmaxana sobasının yandırılmasına qarovul rəisi buna ehtiyac olduqda icazə 
verir. İsti çay bütün sutka ərzində olmalıdır. 
Qaranlıq düşərkən, qarovul otağı, koridorlar və ayaqyolu tam işıqlandırılmalı, növbənin 
istirahət etdiyi otaqda isə növbətçi işıq yanmalıdır. 
Hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının pəncərələri gecə vaxtı içəridən pəncərə 
qapısı ilə bağlanır. 
240. Qarovulların tərkibində beşdən az olmayaraq üçnövbəli post olduqda qarovul otağını 
m
ühafizə etməkdən ötrü qarovul otağının girəcəyində oyaq qarovul nəfərlərindən saatdar 
qoyulur. 
Xüsusi əhəmiyyətli obyektləri mühafizə edən və öz tərkibində beşdən az üçnövbəli postu 
olan qarovullarda qarovul otağını mühafizə etməkdən ötrü xüsusi qarovul nəfərləri təyin edilə 
bilər. 
Qarovul otağı hərbi hissə ərazisində (mühafizə olunan obyektdə) yerləşdikdə adətən 
qorunmur. 
Qarovul otağının girəcəyində saatdar qoyulmadığı hallarda qarovul otağının giriş qapısında 
nəzarət pəncərəsi düzəldilir və o, daim içəridən bağlı saxlanmalıdır. 



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin