Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə51/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   47   48   49   50   51   52   53   54   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


XIII fəsil. 
Əlahiddə yerləşən radiotexniki və başqa xüsusi bölmələrdə qarovul xidmətinin təşkili və 
yerinə yetirilməsi xüsusiyyətləri 
249. Əlahiddə yerləşən radiotexniki və başqa xüsusi bölmələrin obyektlərinin, döyüş və 
digər texnikasının, hərbi əmlakının mühafizəsinin və müdafiəsinin təşkili bölmələrin 
komandirlərinə tapşırılır və bu bölmələrdən təyin edilmiş və ştat silahı ilə silahlanmış patrul 
nəfərləri tərəfindən həyata keçirilir. 
Patrul nəfərləri bölmələrin sutkalıq naryadının tərkibinə daxil olur və bölmə komandirinə, 
başçavuşuna və növbətçisinə tabe olurlar, xidmətlərini hərbi hissə komandirinin təsdiq etdiyi 
təlimata əsasən saatdarlar kimi aparırlar. 
250. Bölmə növbətçisi və patrul nəfərləri üçün təlimat bölmə komandiri tərəfindən obyektin 
xüsusiyyəti və yerli şərait nəzərə alınmaqla tərtib edilir. 
Təlimatda bölmə növbətçisinin və patrul nəfərlərinin obyektlərin mühafizəsinə və 
m
üdafiəsinə aid vəzifələri göstərilir; patrul xidmətinin vaxtı və qaydası, patrulların sayı, 
marşrutun ayrı-ayrı hissələrində patrul nəfərlərinin vəzifələri, mühafizə olunan obyektə basqın, 
yanğın, təbii fəlakət və döyüş həyəcanı siqnalı zamanı onların hərəkət qaydası müəyyən olunur; 
patrul nəfərlərinin silah işlətməsi halları, mühafizə olunan obyektlərə, döyüş və digər texnika
hərbi əmlak saxlanılan yerlərə, həmçinin mühafizə olunan əraziyə buraxılış qaydası göstərilir. 
Bölmə növbətçisi üçün təlimata bölmə komandiri tərəfindən təsdiq edilmiş patrulların 
hərəkət sxemi, saxlancları açmağa icazəsi olan və ya döyüş texnikasını və hərbi əmlakı qəbul 
etmək üçün buraxılan şəxslərin siyahısı, buraxılış vərəqələrinin nümunələri və möhürlərin 
(plombların) izləri əlavə olunur. 
251. Patrul nəfərlərinin xidməti üçün onların eyni vaxtda eyni hərəkətini istisna edən bir 
neçə qrafik tərtib olunur. 
Patrul xidməti qrafiki bölmə komandiri tərəfindən təsdiq edilir və bağlı yeşikdə (şkafda) 
bölmə növbətçisində saxlanılır. 
Hər bir qrafikin qüvvədə olması müddəti bölmə komandiri tərəfindən müəyyən edilir. 
252. Patrul nəfərləri 105-ci maddəyə uyğun olaraq döyüş patronları ilə təmin olunurlar. 
Patronlar ayrı dəmir və ya dəmir üzlüklü qıfıllanmış yeşikdə bölmə növbətçisində saxlanılır. 
Patronlar olan yeşik bölmənin silahları saxlanılan otaqda quraşdırılır. 
Patrul nəfərlərinin silahları bölmədə olduqları zaman ayrı piramidada saxlanılır. 
253. Patrul nəfərlərinin xidmətə hazırlanması 123-127-ci maddələrə əsasən həyata keçirilir. 
254. Pat
rul nəfəri xidmətini hərəkət sxemində göstərilən marşrut üzrə bölmənin ərazisini 
gəzməklə yerinə yetirir. 
Patrul nəfərlərinin hərəkət marşrutunda patrul xidmətinin gedişi haqqında növbətçiyə 
məlumat verməkdən ötrü texniki rabitə vasitələri quraşdırılır. 
Pa
trul nəfərləri gündüz mühafizəni əlverişli yerlərdən və texniki rabitə vasitəsi ilə təchiz 
edilmiş qüllədən müşahidə etməklə apara bilərlər. 
255. Patrul nəfərinin vəzifəsidir: 


obyektləri, bölmənin döyüş texnikasını və hərbi əmlakını sayıq mühafizə və müdafiə etmək, 
dəyişilənə və ya çıxarılana qədər qarşısına qoyulmuş tapşırığı yerinə yetirməyi dayandırmamaq;
növbətçi ilə əlaqə saxlamaqdan ötrü müəyyən edilmiş siqnalları bilmək, obyektin 
hasarlarında hər hansı bir nasazlıq və qaydanın hər hansı tərzdə pozulması aşkar olunduqda, 
növbətçini çağırmaq;
onun üçün müəyyən olunmuş qrafikə və hərəkət marşrutuna ciddi əməl etmək;
xidmət zamanı 107-ci maddədə göstərildiyi kimi, silahı dolu və həmişə işlətməyə hazır 
vəziyyətdə saxlamaq (171-ci maddə).
Patrul nəfərinə xidmət zamanı qarşısına qoyulmuş tapşırığın yerinə yetirilməsindən 
yayınmaq (yatmaq, oturmaq, kitab oxumaq, yazmaq, yemək, içmək, mahnı oxumaq, papiros 
çəkmək, kənar şəxslərlə danışmaq) qadağandır. 
Patrul nəfəri ancaq bölmə komandirinin və başçavuşunun, bölmə növbətçisinin və onunla 
birlikdə yoxlamağa gəlmiş şəxslərin suallarına cavab verməlidir. 
256. Patrul nəfərinə və onun mühafizə etdiyi obyektə basqın edildikdə, həmçinin kənar şəxs 
mühafizə olunan və göstəricilərlə işarələnmiş obyektin sərhədinə yaxınlaşdıqda, patrul nəfəri 
173-176-
cı maddələrlə göstərildiyi kimi hərəkət edir. 
257. Patrul nəfərlərinin xidmətini bölmə komandiri və onun bütün birbaşa rəisləri, bölmə 
komandirinin müavinləri və onların tapşırığı ilə başqa şəxslər, həmçinin başçavuş və bölmə 
növbətçisi yoxlayırlar. 
Patrul nəfərlərinin xidmətini yoxlayan şəxsi bölmə növbətçisi növbədə durmayan növbənin 
bir patrul nəfəri ilə birlikdə müşayiət edir. 
Yoxlamanın nəticələri, həmçinin saxlancların (anbarların) açılması və bağlanması vaxtları 
növbətçiliyin təhvil-təslim kitabına yazılır. 
Növbətçi 245-247-ci maddələrin müddəalarını rəhbər tutaraq, patrul nəfərlərinin xidmətini 
sutkada iki dəfədən az olmayaraq (bir dəfə gecə) yoxlamalıdır. 
258. Patrul nəfərlərinin dəyişdirilməsi naryadın dəyişdirilməsi zamanı köhnə növbətçinin 
iştirakı ilə bölmənin yeni növbətçisi tərəfindən saatdarların dəyişdirilməsinə uyğun (218-222-ci 
maddələr); sonra isə qrafikə müvafiq surətdə müstəqil şəkildə bölmə növbətçisinin müəyyən 
etdiyi buraxılış və cavab sözlərinə uyğun həyata keçirilir. 
259. Bölmə növbətçisi növbəti patrul nəfərini xidmətə göndərdikdə ona müəyyən olunmuş 
qaydada silah və patronlar verir, silah işlədilməsinə xüsusi diqqət yetirməklə ona təlimat verir, 
silahı doldurma və boşaltma üçün meydançaya çıxarır və silahın düzgün doldurulmasını 
yoxlayır. 
260. Patrul nəfəri patrul xidmətindən qayıtdıqda, bölmə növbətçisini silahı boşaltma və 
doldurma meydançasına çağırır, patrul xidmətinin nəticələri haqqında ona məlumat verir, onun 
nəzarəti altında silahı boşaldır, sonra isə silahı və dolu maqazinləri (daraqları) növbətçiyə təhvil 
verir. 
Bölmə növbətçisi silahın və patronların qəbulu barəsində silahların və döyüş sursatının 
verilməsi kitabında müvafiq qeydlər edir. 
261. Patrul nəfərlərinin istirahət qaydası və yeri 234-cü maddəyə uyğun olaraq yerləşmə 
şəraitindən asılı olaraq bölmə rəisi tərəfindən müəyyən edilir. 



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin