Saatdarların dəyişilməsi 218. Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların başlanğıcında dəyişilirlər.
Havanın temperaturu -20oS və daha aşağı şaxtada, habelə külək vaxtı, bayır postlarda,
eləcə də qızdırılmayan binalarda duran saatdarlar bir saatdan bir dəyişilirlər. Havanın
temperaturu kölgədə +30oS və ondan yuxarı olduqda da saatdarlar bir saatdan bir dəyişilirlər.
Bu hallarda saatdarların bir saatdan bir dəyişilməsi haqqında göstərişi qarovullar (hərbi hissə)
növbətçisi verir.
Saatdarlar bir saatdan bir dəyişildikdə qarovul rəisi postlar cədvəlində qeyd edir ki,
saatdarlar fil
an saatdan sonra bir saatdan bir və filan saatdan filan növbəyə qədər isə iki saatdan
bir dəyişilmişlər.
Qarovul otağının girəcəyində saatdarlar hər 30 dəqiqədən bir qarovul rəisi tərəfindən
dəyişilirlər.
219. Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi
«Növbə — DAYAN» komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə
nəzarət etmək (növbə maşınla gəldikdə isə silahı doldurmaq və nəzarət etmək) əmri verir.
Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı
«qayışa» (karabini «ayağa») vəziyyətinə alır. Köhnə qarovulun dəyişdiricisi saatdara
yaxınlaşaraq ona
«FARAĞAT» komandası verir. Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər Vəliyev, posta addımla — MARŞ» komandası verdikdə saatdar bir addım sağa çəkilir və
qarovul nəfəri saatdara yaxınlaşır, karabin ayağının yanında olmaqla üzü saatdara tərəf onun
yerində dayanır.
Köhnə və yeni qarovulların dəyişdiriciləri saatdarın və qarovul nəfərinin hər iki tərəfində bir-
iki addımlıqda üz-üzə dayanırlar.
Köhnə qarovul dəyişdiricisinin
«Saatdar, postu təhvil ver» komandası ilə saatdar postu
təhvil verir. Bu zaman saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirirlər. Saatdar
postunun nömrəsini deyib, postu qəbul edən qarovul nəfərinə postlar tabelinə əsasən bütün
mühafizə edilən şeyləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında
gördüklərini söyləyir.
Post təhvil verildikdən sonra qarovul nəfəri öz dəyişdiricisinin