vaxtını qarnizon rəisi (hərbi hissə komandiri) təyin edir. Fəxri qarovul tabutun yanına öz heyətindən iki cüt saatdar qoyur. Saatdarl ar avtomatları “döşdə” (karabinləri “ayaqda”) olmaqla “farağat” vəziyyətində dururlar. Saatdarların bir cütü tabutun hər iki tərəfində, ondan iki addım yanda baş tərəfdə, ikinci cütü ayaq tərəfdə durur. Saatdarların hər bir cütü o biri cütlə üz-üzə durur. Saatdarların sol qolunda matəm sarğısı olmalıdır. Tabutun yanında duran saatdarlar bu Nizamnamənin 332-ci maddəsinə uyğun qaydada dəyişilirlər. Dəfndə iştirak edən fəxri qarovul heyətinin hərəkəti və tabutun məzara qoyulduğu zaman saatdarlar dəyişilmir. 34 2. Mərhuma ehtiram göstərmək üçün tabutun yanına dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız, başıaçıq, sol qollarında matəm sarğısı olmaqla saatdarların yanında kənar tərəfdən bir- iki addımlıqda durur və hər 3-5 dəqiqədən bir dəyişilirlər. 343. Fəxri mühafizə dəstəsi cənazənin götürüləcəyi yerə gəldikdə, üzü cənazənin çıxarılacağı qapıya tərəf açıq sırada düzülür. Orkestr dəstədən üç addım sağda düzülür. Fəxri mühafizə dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri salam vermir. 344. Tabut binadan çıxarılarkən irəlidə bir-birindən üç-beş addımlıq məsafədə biri o birinin arxasınca əklil aparan hərbi qulluqçular, orden və medallar sancılmış balışcıqları aparanlar (orden və medallar böyüklük dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi qulluqçular, mərhumu müşayiət edənlər və fəxri qarovul dəstəsinin üzvləri gedirlər. Tabutun binadan çıxarıldığı məqamda fəxri mühafizə dəstəsinin komandiri sırada yerindən çıxmadan “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Sırada olmayan hər bir hərbi qulluqçu tabut çıxarılan zaman “farağat” vəziyyəti qəbul edir və əsgəri salam verir. Fəxri qarovul mərhumu müşayiət edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə fəxri mühafizə dəstəsi gedir. Piyada gedərkən orkestr hərdən tənəffüs etməklə matəm marşı çalır. 345. Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi ilə avtomatlar “döşdə”, karabinlər “çiyində” vəziyyətində gedirlər, tabut avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq karabini dizləri arasında, ayaq üstündə isə “ayaqda” vəziyyətində saxlayırlar. 346. Qarnizon rəisi göstəriş verdikdə, tabutun çıxarıldığı və dəfn yerinə yaxınlaşdığı yerlərdə mərasimin keçəcəyi yolun hər iki tərəfində qoşun bölmələri piyada bir cərgə, yaxud iki cərgə düzülə bilərlər. 347. Dəfn yerinə çatanda orkestr çalğını dayandırır. Fəxri mühafizə dəstəsi və fəxri qarovulun saatdarları məzarın yanında yer tuturlar. Cənazənin üzərindəki Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovul rəisi tərəfindən götürülür, fəxri qarovulun üzvlərinin iştirakı ilə aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla düzbucaqlı üçbucaq şəklində qatlanır. Fəxri qarovulun rəisi Azərbaycan Respublikasının qatlanmış Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir. Sonra fəxri mühafizə dəstəsinin komandiri “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Fəxri mühafizə dəstəsinin tərkibindən təyin edilmiş bölmə boş patronlarla üç yaylım atəşi açır, bununla belə əgər sıra tabordursa bir bölük, bölükdürsə bir taqım, taqım və ya manqadırsa, bütün bölmə yaylım atəşi açır. Ayrı-ayrı hallarda xüsusi göstərişlə toplardan yaylım atəşi açıla bilər. Birinci yaylım atəşindən sonra orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa etməyə başlayır. Əgər yerin şəraiti buna imkan verirsə, Dövlət himni ifa edildikdən sonra fəxri mühafizə dəstəsi məzarın yanından orkestrin sədaları altında sıra addımları ilə keçir. Saatdarlar, yaxud mühafizə dəstəsinin üzvləri məzar yanından keçdikdən sonra dəfn mərasimini tərk edir.
348. Bu Nizamnamənin XVIII fəslində göstərilənlərdən əlavə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhid adını almış və ya müvafiq hərbi hissənin arayışı ilə şəhid olması təsdiq edilmiş hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissə komandiri şəhidin yas mərasimində hərbi hissə nümayəndələrinin iştirakını təmin edir, habelə hərbi hissələrdə xüsusi guşə yaradılır, burada şəhid olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış vəzifəlilərin şəkli və onlar haqqında müvafiq məlumat əks etdirilir. 349. Aşağıdakı şəxslərin tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür: 349.1. vəfat etmiş (həlak olmuş) ali hərbi rütbələrə malik olan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış şəxslərin; 349.2. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı və ya Azərbaycan Respublikasının “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif olunmuş ehtiyata və ya istefaya buraxılmış şəxslərin; 349.3. bu Nizamnamənin 333.1-ci maddəsində göstərilən hərbi qulluqçuların və toplanışa çağırılmış h ərbi vəzifəlilərin. 350. Bu Nizamnamənin 333-cü maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Nizamnaməyə uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir.