Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə56/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   52   53   54   55   56   57   58   59   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Ayağa — AL» sonra 
«AZAD» 
komandaları verirlər. 
Birləşmiş orkestrin şeypurçuları «Hamı dinləsin» siqnalı çalırlar. 
304. «Hamı dinləsin» siqnalı çalındıqdan sonra paradı qəbul edən nitq söyləyir (əmr 
oxuyur). 
Nitq (əmri oxuma) qurtardıqdan sonra qoşunlar üç dəfə «ura» deyirlər, birləşmiş orkestr 
Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir, eyni vaxtda (əgər nəzərdə tutulubsa) 


toplardan salyut atəşi açılır, taqım komandirləri və onlardan yuxarı vəzifəlilər hamısı əllərini baş 
geyimlərinə yapışdırır, qoşunlar isə komandasız «farağat» vəziyyəti qəbul edirlər. 
Orkestr Dövlət Himnini ifa edib qurtardıqdan sonra şeypurçular «Qutardı» çalır, bütün taqım 
komandirləri və onlardan yuxarı vəzifəlilər əllərini aşağı salır, qoşunlar «azad» vəziyyəti qəbul 
edirlər.  
Qoşunların təntənəli marşla keçmə qaydası  
305. Qoşunlar təntənəli marşla qarnizon üzrə əmrdə göstərilən sıralarla və ardıcıllıqla 
keçirlər. 
306. Təntənəli marşla keçmək üçün parad komandanı 
«FARAĞAT», «Təntənəli marş 
üçün bölüklərlə (batareyalarla, yaxud taborlarla, divizionlarla), distansiya bir (iki) cızıqdar, 
birinci bölük (tabor) düzünə, qalanlar sağa — DÖN», «Çiyinə — AL», «Diqqət SAĞA, 
addımla — MARŞ» komandaları verir. 
Göstərilən komandalar «farağat» komandasından başqa bütün hərbi hissə komandirləri 
tərəfindən təkrar edilir. 
307. «Təntənəli marş üçün» komandasında bütün bölmə komandirləri sıradan çıxıb öz 
bölmələrinin önündə, hərbi hissələrin (birləşmələrin) komandirləri və onların müavinləri isə 
qabaqda gedən bölmələrin (hərbi hissələrin) komandirlərinin önündə müəyyən edilmiş 
distansiyalarda dururlar. 
Bayraqdar və assistentlər də irəli çıxır və müəyyən edilmiş distansiyada dururlar. 
Təyin edilmiş təbilçilər irəli çıxır və qabaqda gedən birləşmə (hərbi hissə) komandirinin 
önündə 15-20 addımlıqda dururlar. 
Qoşunların təntənəli marşla keçəcəkləri xətti işarə etmək üçün təyin edilmiş cızıqdarlar 
yüyürərək (sıra addımları ilə) xətt boyunca öz yerlərini bir-birindən 15-20 addımlıqda tuturlar. 
Hərbi hissə komandirinin 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin