Dəfn mərasiminin keçirilməsi 6.1. Müvafiq icra hakimiyyəti orqanı dəfn mərasiminin keçirilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: 6.1.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yeri və vaxtı müəyyənləşdirir;
6.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək tədbirləri razılaşdırır və həyata keçirir, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərini (yaxın qohumlarını və ya qanuni nümayəndələrini) ətraflı məlumatlandırır; 6.1.3. dəfn və yas mərasimləri ilə əlaqədar zəruri tədbirləri görür, həmin mərasimlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məruzə edir. 6.2. Müvafiq icra hakimiyyəti orqanı Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin validey nlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və imtiyazları haqqında dolğun məlumat verir. Maddə 7. Müharibə dövründə və döyüş əməliyyatları zamanı vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi xüsusiyyətləri 7.1. Müharibə dövründə vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi hərbi hissə komandirinin müraciəti əsasında müvafiq icra hakimiyyət orqanı tərəfindən təmin edilir. 7.2. Döyüş əməliyyatları zamanı mövcud şəraitə görə bu Qaydaları yerinə yetirmək və ya hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfninin müvəqqəti yeri, o cümlədən dəfn vaxtı hərbi ehtiramın göstərilməsi hərbi hissə komandirinin (təşkilat və müəssisə rəisinin) əmri ilə müəyyən edilir. Əmrdə dəfnin həyata keçirilməsi üçün rəhbər və sayı elan edilməklə hərbi hissənin (təşkilat və müəssisənin) hərbi qulluqçularından ibarət dəfn qrupu (komandası) təyin olunur. 7.3. Döyüş meydanında həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılması və dəfn yerinə ça tdırılması ən qısa müddət ərzində təşkil olunmalı, qoşunlar həmin ərazidən uzaqlaşdıqdan və ya döyüş əməliyyatlarında müəyyən fasilə yarandıqdan sonra həyata keçirilməlidir.