(“Respublika” qəzeti, 17 yanvar 2016- cı il, № 11) SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI i[1] 22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin
18-ci maddəsinin iyirmi dördüncü abzasında “, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq” sözləri çıxarılmışdır.
ii[2] 27 dekabr 2013-cü il tarixli 869-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral 2014-cü il, № 29, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2014-cü il, № 02, maddə 86) ilə 29-cu maddənin birinci hissəsində “tutulmuş” sözündən sonra “və ya həbs edilmiş” sözləri əlavə edilmişdir.
iii[3] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 39-cu maddənin ikinci hissəsinin on səkkizinci abzasında
“ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
iv[4] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə
39-cu maddənin ikinci hissəsinin iyirminci abzasında “yaralanmasına və ölməsinə”sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına (ölməsinə)” sözləri ilə əvəz edilmişdir.