10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə
166-cı maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilmişdir.
x[10] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə
168-ci maddənin ikinci hissəsində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.
xi[11] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə
178-ci maddədə “(yaralandıqda)” sözü “, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda”sözləri ilə əvəz
edilmişdir.
xii[12] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 319-cu maddənin ikinci hissəsində “tədris” sözü “təhsil”
sözü ilə əvəz edilmişdir.
xiii[13]
18 dekabr 2015-ci il tarixli 39-VQDnömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 yanvar 2016-cı il, № 11) ilə 18-ci fəsil yeni redaksiyada verilmişdir. XVIII fəsil. Dəfn mərasimində əsgəri ehtiram göstərilməsi 333. Hərbi qulluqçuların dəfn mərasimi üçün təyin edilmiş qoşunlar fəxri mühafizə dəstəsi adlanır. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular adətən onların axırıncı xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı əsgəri (mülki) vəzifələrini yerinə yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən vəfat etmiş hərbi qulluqçuların cənazəsi başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə müstəsna hallarda müdafiə nazirinin qərarı ilə dövlət hesabına aparılır. 334. Fəxri mühafizə dəstəsi həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgərlərin, çavuşların, gizirlərin (miçmanların) və ehtiyatda olan zabitlərin, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni üçün təyin edilir. Bunlardan başqa, fəxri mühafizə dəstəsi hərbi geyim forması geymək hüququ ilə buraxılmış, ehtiyatda və istefada olan generalların (admiralların) və baş zabitlərin, habelə zabitlərdən ehtiyatda və istefada olan milli və başqa qəhrəman adına, Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfni üçün təyin edilir. Həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların dəfni onların birbaşa rəislərinə həvalə olunur.
Hərbi forma geymək hüququ ilə buraxılmış, ehtiyatda və istefada olan və vəfat etdiyi günə kimi mülki təşkilatlarda xidmətdə olmayan generalların (admiralların) və baş zabitlərin, habelə ehtiyatda (istefada) olan bütün milli və başqa qəhrəman adına layiq görülmüş zabitlərin, eləcə də mülki və başqa qəhrəman adına və Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfninin təşkili qarnizon rəisinə (rayon və şəhər hərbi komissarlarına) həvalə olunur. 335. Fəxri mühafizə dəstəsi aşağıdakı tərkibdə təyin edilir: əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün — manqa, taqım, yaxud bunlara uyğun bölmə; zabitləri dəfn etmək üçün — taqım, bölük, yaxud bunlara uyğun bölmə;