Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə84/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   80   81   82   83   84   85   86   87   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

xx
[20]
Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları
Maddə 1. 
Ümumi müddəalar
1.1 Bu Qaydalar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri 
nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) 333-cü maddəsində göstərilən şəxslərin dəfn 
mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 
1.2. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslər onların valideynlərinin (yaxın 
qohumlarının və ya qanuni nümayəndələrinin) seçdikləri qəbiristanlıqda dəfn edilirlər.
1.3. Bu Qaydaların 1.4-cü və 1.5-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı şəhidin 
“Şəhidlər Xiyabanı”nda dəfn edilməsi üçün məzar yerinin ayrılması ilə əlaqədar müvafiq icra hakimiyyəti 
orqanına müraciət edir. 
1.4. Aşağıdakı hallarda vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi 
vəzifəlilər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra 
hakimiyyəti orqanına müraciəti əsasında “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər:
1.4.1. hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid adının əbədiləşdirilməsi və 
şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Şəhid” 
adı verildikdən sonra; 
1.4.2. həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi 
müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və 
toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi 
əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının 
və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə 
xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
1.5. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi 
vəzifəliyə “Şəhid” adı verildikdən sonra hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin 
valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına 
müraciəti əsasında cənazənin “Şəhidlər Xiyabanı”na aparılması və yenidən dəfn edilməsi müvafiq icra 
hakim
iyyəti orqanı tərəfindən həyata keçirilir.
1.6. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin 
təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra 
hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. 
1.7. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və 
ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdi
yi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir.
Maddə 2. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin