Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydası 1. Ezamiyyət, yaxud məzuniyyət yerinə gəlmiş hər bir hərbi qulluqçu hərbi komendantlıqda
(onun olmadığı yerlərdə ən yaxın hərbi komissarlıqda) uçota durmalı, getməzdən qabaq isə
uçotdan çıxmalıdır.
Qarnizon hərbi komendantlığı, yaxud hərbi komissarlıq hərbi qulluqçunun olacağı yerdən
10 kilometrd
ən çox uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota dura (uçotdan
çıxa) bilər.
Hərbi hissəyə ezam edilmiş hərbi qulluqçular adətən həmin hərbi hissədə uçota dururlar.
Uçota alındıqda, yaxud uçotdan çıxarıldıqda, ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət
biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd gəlmə gününün səhərindən gec
edilməməlidir. Getmə haqqında qeyd isə getmə günündən əvvəlki gün, yaxud getmə günü
edilməlidir.
2. Qarnizona gəlmiş generallar (admirallar), polkovniklər (1-ci dərəcəli kapitanlar) gəlmələri
və getmələri haqqında qarnizon hərbi komendantına, yaxud hərbi komissara telefonla, ya da
yazılı xəbər verə bilərlər. Onlar gəlmə və getmə tarixlərini qeyd etdirmək üçün ezamiyyət
vəsiqələrini, yaxud məzuniyyət biletlərini kuryerlə hərbi komendanta (hərbi komissara) göndərə
bilərlər.
Məzuniyyətə gəlmiş generallar (admirallar), zabitlər, gizirlər (miçmanlar) və müddətindən
artıq xidmət hərbi qulluqçularına qarnizon hərbi komendantlığına (hərbi komissarlığa) mülki
paltarda gəlməyə icazə verilir.
3. Ezamiyyətdə, yaxud məzuniyyətdə olan bütün hərbi qulluqçular məzuniyyət biletini,
yaxud ezamiyyət vəsiqəsini həmişə yanında gəzdirməli, rəislərin və böyüklərin tələbi ilə təqdim
etməlidirlər. Ünvanını dəyişdirdikdə, ezamiyyət, yaxud məzuniyyətin uzadılmasına icazə aldıqda,
xəstəlik ya da başqa səbəbdən vaxtında gedə bilmədikdə, hərbi qulluqçular dərhal bu barədə
qarnizon hərbi komendantlığına, hərbi komissarlığa, yaxud yerli icra hakimiyyətinə (uçotda
durduqları yerə) xəbər verməlidirlər.
4. Səfərbərlik elan edildikdə, bütün məzuniyyətdə (xəstəliyə görə verilmiş məzuniyyətdən
başqa) və ezamiyyətdə olan hərbi qulluqçular tez uçotdan çıxıb, xüsusi sərəncam gözləmədən
öz xidmət yerlərinə qayıtmalıdırlar. Əgər hərbi hissə özünün əvvəlki yerində olmazsa, onda hərbi
qulluqçu yaxınlıqdakı hərbi komendantlığa, yaxud hərbi komissarlığa gəlməlidir. Xəstəliyinə görə
məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər; səhhətinə
görə gəlməyə imkanı olmayanda, tezliklə bu barədə müalicə edən həkimin arayışını da əlavə
etməklə yazılı xəbər verməlidirlər.
5. Ezamiyyətə, yaxud məzuniyyətə gəlmiş hərbi qulluqçuların uçotu üçün qarnizon hərbi
komendantlığında (hərbi komissarlıqda) aşağıdakı formada hərbi qulluqçuların uçotu kitabı
ap
arılır.