PAŞa yaqub



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix04.05.2017
ölçüsü2,89 Kb.
#16570
1   2   3   4   5   6   7   8

 
 
PİR MAHMUD BABA 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
ir  Mahmud  Baba  övliyaların  görkəmlilərin-
dəndir.  Onun  müqəddəs  ziyarətgahı  Siyəzən 
rayonunun  Sədan  kəndindədir.  Bölgə  əhalisi  müxtəlif 
niyyətlərlə  Pir  Mahmud  Babanı  ziyarət  edib,  Allaha 
etdikləri  dualarda  onu  vəsilə  tuturlar.  Buradan  edilən 
dualar  Haqq  dərgahında  tez  qəbul  edildiyindən  övli-
yanın ziyarətçiləri əskik olmur. Bu ziyarətçilərdən biri 
də  Sədan  kəndinin  72  yaşlı  sakini  Cəfərov  Şahbala 
Şahmərdan oğludur. O, Pir Mahmud Babanın kəraməti 
haqqında bunları dedi: 
  - Təxminən on il bundan qabaq yel xəstəliyindən 
ağır  xəstə  yatırdım.  Neçə  ay  idi  ki,  qıc  olub  qalmış-
dım.  Bir  gün  məni  maşına  uzandırıb  gətirdilər  Pir 
Mahmud Babanın ziyarətinə. Burada dua etdim, tütyə-
sindən  içdim,  qayıdandan  sonra  üç  gün  pəhriz  saxla-
dım. Üç gündən sonra artıq mən tam sağalıb, yeriməyə 
başladım.  Ondan  sonra  bir  daha  elə  bir  xəstəlik 
keçirməmişəm. 
 
 Sədan  kəndində  olarkən  evində  qonaq  qaldığım 
Muradov Əhməd (Sabir) Məhəmməd oğlu da həm öz 


Övliyalar məkanı. Quba mahalı 
 
39 
kəndlərindəki,  həm  də  bölgədəki  pirlərin  kəramətləri 
haqda maraqlı əhvalatlar danışdı. Onunla söhbətimizin 
bəzi məqamlarını oxuculara təqdim edirəm: 
    -Kəndimizdə  bir  neçə  pir  var.  Pirbənövşə  ad-
lanan  ziyarətgaha  əsasən  çöpü  qalan  körpə  uşaqları 
aparırlar. Oranın torpağından uşağın boğazına sarıdıq-
da,  həmin  uşağın  çöpü  qalmır.  Kənd  camaatının  ən 
çox üz tutduğu ziyarətgahlardan biri də Həzrət Baba-
dır. Mən özüm 35 il dalbadal oranı ziyarət etmişəm və 
çox kəramətlərinə şahidəm. Bir dəfə orada bir qadının 
övlad üçün  necə göz  yaşı  töküb dua etdiyini görəndə 
bağrım  qana  döndü,  uzun  müddət  bu  hadisəni  unuda 
bilmədim.    Elə  hey  fikirləşirdim  ki,  görəsən  Allah-
təala  o  qadının  duasını  qəbul  etdimi?  Rəbbim  öz 
quluna  hər şeyi aşkar göstərir. Gələn il Həzrət Babanı 
ziyarət  edəndə  həmin  qadınla 
yenidən  rastlaşdım.  Qucağında 
körpə  uşaq  görəndə  sevincimin 
həddi-hüdudu  olmadı.  Allahın 
qüdrətinə  və  övliyanın  kəramə-
tinə bir daha əmin oldum. Bir il 
də  Həzrət  Babanın  ziyarətinə 
gedəndə  bizimlə  bir  qrupda  bir 
qadın  da  vardı,  rayonda  həkim 
işləyir.  Köhnə  tanışım  olduğun-
dan  soruşdum  ki,  sən  hansı  niyyətlə  gedirsən?  Dedi: 
“Kiçik  qardaşımı  mən  evləndirmişəm,  5-6  ildir  ailə 
qursalar  da  övladları  olmurdu.  Qardaşım  ayrılmaq 

Paşa Yaqub 
 
 
40 
istəyirdi, qoymurdum ki, arada mən varam, qızın ailəsi 
mənə yaxın ailədir, mən zamin durmuşam. Nə isə... iki 
ailənin  arasında  çıxılmaz  vəziyyətdə  qalmışdım. 
Keçən il üz tutdum  Həzrət Babaya. Burada dua edib, 
düşdüyüm  çətin  vəziyyətdən  çıxmaq  üçün  Allahdan 
Həzrət  Baba  xatirinə  bu  ailəyə  bir  övlad  İstədim. 
Şükür  Allaha duam  qəbul olundu.  Bu  yaxında qarda-
şımın ailəsində övlad dünyaya gəldi, bununla da söz-
söhbətə  son  qoyuldu.  Mən  də  əhdimə  əməl  edib, 
qurban kəsməyə gedirəm”. 
  Sonda  müsahibim  aşıq  Haşimin  övliyalara  ithaf 
etdiyi bir şeirini dedi: 
    
Haqqın kəlamını o Peyğəmbərə  
Cəbrail gətirib qiraət eylər. 
Saysız-hesabsız övliyaları 
Müsəlman olanlar ziyarət eylər. 
 
Həzrət Babamızın qarlıdır başı, 
Xızır Zindədən cavandır yaşı. 
Xızır Nəbi – Xızır İlyas qardaşı, 
Köməyə çağırsan salamat eylər. 
 
Seyid Xəlfə Baba, Əfəndi Baba, 
Heç kimi naümüd qoymaz dünyada. 
Səadan kəndində Pir Mahmud Baba – 
Dərdi olan onu ziyarət eylər. 

Övliyalar məkanı. Quba mahalı 
 
41 
 
 
Şirvan torpağında tutubdur qərar, 
Dədəgünəş Baba külli ixtiyar. 
Şıx Əli Babaya bel bağlayanlar 
Fəqir-füqarəya mərhəmət eylər. 
 
Haqdan gələn kitab əzizdir, birdir, 
Bizi gözləməyib saatlar gedir. 
Çağırıb pirləri hər səhər bir-bir, 
Haşim əl üzünə salavat eylər.     
 
iz  də  öz  növbəmizdə  adı  çəkilən  övliyaların 
ruhlarına  salam  və  salavat  göndərərək  Sədan 
kəndindən ayrılırıq. Qoy Pir Mahmud Babanın xeyir-
duası  onu  ziyarət  edənlərin  üzərindən  əskik  olmasın! 
Amin. 
 
 
 
 
 
 
 
 
 
 
 


Paşa Yaqub 
 
 
42 
 
HƏZRƏT BABA ZİYARƏTGAHI 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
əzrət  Baba  ziyarətgahı  Quba  rayonunun  İs-
mayıllı ilə sərhəddində, Şah dağın zirvəsində, 
dəniz  səviyyəsindən  3626  metr  yüksəklikdə  yerləşir. 
Bura  həm  Qubadan,  həm  də  İsmayıllıdan  keçməklə 
getmək mümkündür.  
   Həzrət  Babanın  yaşadığı  tarix  məlum  deyildir. 
Məlum  olan  odur  ki,  övliyaların  qütbü  sayılır.  Azər-
baycanda  yaşamış  bir  çox  məşhur  övliyalar  –  Şıx 
Eyyub Baba (1730-1797), Mövlanə Hacı İsmayıl Kür-
dəmirli  (1782-1848),  Ərəş  mahalından  Şeyx  Yusif 
Əfəndi  və  digər  kəramətləri  ilə  məşhur  olan  Allah 
dostları Həzrət Babanı özlərinə mürşid sanmış, ondan 
mənəvi  feyz  (ilham)  almışlar.  Və  elə  bu  ilhamla  da 
uca  məqamlara  yüksəlmişlər.  Onlar  öz  sağlıqlarında 
ilin  istənilən  fəslində  Həzrət  Babanı  ziyarət  etmişlər. 
Və  bu  yolu  davam  etdirməyi  öz  müridlərinə  və 
sevənlərinə  vəsiyyət  etmişlər.  Bu  vəsiyyətlərə  əməl 
edən  möminlər  neçə  əsrlərdir  ki,  Həzrət  Babanın 
nurundan  və  xeyir  duasından  bəhrələnmək  üçün  bu 
çətin  yolu  qət  edirlər.  Gəmilər  dənizdə  azmamaqçün 
mayaka  baxdıqları  kimi,  insanlar  da  həyat  dənizində 


Övliyalar məkanı. Quba mahalı 
 
43 
yollarını azmamaqçün Həzrət Babanın əbədi nurundan 
faydalanırlar.  
əzrət  Babanın    xeyir-duasına  və  nuruna 
möhtac  olan    qullardan  biri  olduğumdan,  ilk 
dəfə    90-cı  illərin  əvvəllərində  bu  işığa  doğru  yola 
çıxdım.  Xoşbəxtlikdən  əziyyətim  hədər  getmədi  – 
Həzrət  Babadan  aldığım  ilhamla  “Allahın  dostları” 
kitabını  yazdım  və  onun  xeyir-duasıyla  çap  etdirdim. 
Həzrət  Babaya  xitabən  yazıb,  həmin  kitaba  daxil 
etdiyim  “Ay  baba”  şerim  övliyasevərlər  arasında  çox 
məşhurlaşdı. Fürsətdən istifadə edərək, həmin şeri bir 
daha  dəyərli  oxucularımın  diqqətinə  çatdırıram  ki, 
əvvəlki kitabımı oxumayanlar burada tanış olsunlar. 
  
AY BABA 
 
Cəmi müsəlman adını 
Müqəddəs tutur, ay Baba. 
Sənin mübarək ruhun 
Göylərdə uçur, ay Baba. 
 
Bu dünyanın sərt çağında 
Qaldıq düşmən qabağında. 
Qoyma kafir ayağında, 
Bizə arxa dur, ay Baba. 
 
 
 


Paşa Yaqub 
 
 
44 
Allahsızlar haqqı danır, 
Şeytanı da Allah sanır. 
Haqqın özü də tapdanır, 
Nə yatmısan, dur, ay Baba. 
 
Zülm edir zalım şahımız, 
Göylərə çatmır ahımız. 
Yəqin çoxdur günahımız, 
Tərəzini qur, ay Baba. 
 
Qarışıbdır quruyla yaş
Naxələflər kəsirlər baş. 
Bizə zamin olaydın kaş, 
Çalınanda SUR, ay Baba. 
 
                                        (Müəllifin arxivindən) 
 
 
 

 
 
 
 
 

Övliyalar məkanı. Quba mahalı 
 
45 
AĞBİL PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
ubalıların və bolgə əhalisinin ehtiramla ziyarət 
etdikləri  müqəddəs  yerlərdən  biri  də  Ağbil 
piridir.  Bu  pir  Quba-Qusar  şosse  yolunun  sağ 
tərəfində,  Ağbil  kəndinin  ərazisindəki  qəbiristanlıqda 
yerləşir. Həmin qəbiristanlıqda vaxtilə üç günbəz olsa 
da,  günümüzə  yalnız  ikisi 
gəlib çatmışdır. Günbəzin biri 
düzbucaqlı  olmaqla,  kitabəsi 
yoxdur. Digər günbəz isə, xa-
ricdən  səkkizguşəli,  daxildən 
isə  dördbucaq  olmaqla,  “Şeyx 
Məzyəd”  türbəsidir.  Türbənin 
qapısı  üzərində  əhəng  daşına 
həkk  olunmuş  üç  sətirlik  ki-
tabə  vardır.  Kitabədə  aşağı-
dakı sözlər yazılıb:  
 “Bu bina sultan oğlu sul-
tan,  Sultan  Xəlilullah  zamanında  –  Allah  onun 
sayəsini  əskik  etməsin  –  Sufi  Rəfiəddinin  oğlu  ağıllı 
şeyx,  Şeyx  Məzyədin  məzarı  üzərində  doqquz  yüz 
qırxıncı il tarixində (1533-1534) tikildi.” 
XIX əsrdə burada tədqiqat aparmış rus tarixçisi B. 
Dorn  digər  türbədəki  kitabəni  tərcümə  etmişdir.  Tər-
cümədən  məlum  olur  ki,  türbədə  dəfn  olunan  Şeyx 


Paşa Yaqub 
 
 
46 
Məzyədin  oğlu  Şah  Muraddır  və  o,  Şeyx  Bəyazidin 
nəvəsidir:  
 “De: Ey özləri öz əleyhlə-
rinə  çıxan  qullarım!  Allahın 
mərhəmətindən ümidsiz olma-
yın. Həqiqətən (tövbə etdikdə) 
Allah  bütün  günahları  ba-
ğışlayır. Çünki, O, bağışlayan 
və mərhəmətlidir (Quran). Bu 
bina  sultan  oğlu  sultan,  Sul-
tan  Xəlilullah  –  Allah  onun 
dövlət  və  səadətini  əbədiləş-
dirsin  -  zamanında  Allahın 
rəhmətinə  getmiş,  günahları  bağışlanmış,  xoşbəxt 
şəhid Şah Murad bin Şeyx Məzyəd bin Xacə bin Şeyx 
Bəyazid – Allah onu və bütün möminləri bağışlasın – 
üçün  doqquz  yüz  qırxıncı  (1533-1534)  ildə  tikilmiş-
dir”.  
itabələrdə  yazılanlardan  məlum  olduğu kimi, 
türbələrdə  dəfn  olunanlar  kəramətli  övliyalar 
olmaqla,  həyatlarını  İslam  dininin  inkişafına  və 
cəmiyyətin mənəvi dirçəlişinə həsr etmiş, bu yolda da 
şəhid olmuşlar.  Odur  ki,  qədirbilən  Azərbaycan  xalqı 
onların əməyini unutmur, müqəddəs məzarlarını daim 
yad edərək, Allaha etdikləri dualarda övliyaları vəsilə 
tuturlar.  Pirdə  dəfn  olunan  övliyanın  üzünün  nuru 
xatirinə  Rəbbim  indiyədək    burada    edilən  yüzlərlə, 


Övliyalar məkanı. Quba mahalı 
 
47 
minlərlə duaları qəbul etmişdir. Odur ki, burada ziya-
rətçilərin ardı-arası kəsilmir. Bu kitabı yazarkən, mən 
də  bir  neçə  saat  Ağbil  pirində  oldum  və  pirin  kəra-
mətindən  faydalnmış  onlarla  ziyarətçidən  müsahibə 
aldım.  O  müsahibələrdən  bəzilərini  diqqətinizə  çat-
dırıram. 
Vəlicanova  Almaxanım  Hətəm  qızı  –  Şabran  ra-
yonu, Dəvəçi kəndi:   
-  Bir  neçə  il  idi  ki,  barmaqlarımda  yaralar  vardı, 
çox  müalicələr  etdirsəm  də,  xeyri  olmurdu.  Nəhayət 
bu  pirə  üz  tutdum.  Burada  mücövürçü  qadın  qəbrin 
torpağından  suya  qarışdırıb,  yaralarıma  sürtdü.  Bir 
neçə  gündən  sonra  barmaqlarımdakı  yaralardan  əsər-
əlamət qalmamışdı. 
 
Mənim pirlərə inamım olmayıb 
 
Nəcəfova  Şərqiyyə  Sabir  qızı  -  Şabran  rayonu, 
Dəvəçi kəndi:   
 -  Uşaqlıqdan  sağ  əlimin  şəhadət  barmağının  uc 
hissəsində  ziyil  kimi  bir  çıxıntı  vardı,  əlimi  bir  şeyə 
vuranda  ziyilin  ucu  ağrıyırdı.  Məni  çox  incidirdi, 
müalicələrin  də  xeyri  olmurdu.  Evimizin  yanında 
“Çinarlı  piri”  adlanan  pir  vardı,  hamı  deyirdi  ki, 
oranın tütyəsindən sürtdük, yaramız, ziyilimiz sağaldı, 
get  sən  də  sürt,  barmağın  sağalsın.  Amma  mən  heç 
vaxt  buna  inanmırdım.  Fikirləşirdim  ki,  bu  qədər 

Paşa Yaqub 
 
 
48 
dərmanların  sağaltmadığı  yaranı  pirin  tütyəsi  necə 
sağalda bilər?  
Bir  gün  gəlin  köçdüyüm  evin  qonşuluğunda 
yaşayan bir qadın mənə pul verib xahiş etdi ki, uşağım 
xəstədir,  atan  evinə  gedəndə  bu  nəziri  Çinarlı  pirinə 
qoy, oradan mənə tütyə gətir.  
Mən  həmin  nəziri  mücövürçüyə  verib,  əhvalatı 
danışdım. O, nəziri alıb, pirin torpağından kağıza bü-
küb, mənə verdi. 
Həmin  tütyəni  evdə  stolun  üstünə  qoymuşdum. 
Birdən necə oldusa, kağız cırılıb, torpaq stolun üstünə 
dağıldı.  Sağ  əlimlə  torpağı  sıyırıb  başqa  bir  kağıza 
bükdüm və qonşuya verdim.  
  Sabahı  gün  hiss  etdim  ki,  əlimi  bir  şeyə  toxun-
duranda ziyilin ucu ağrımır. Əmin olmaq üçün şəhadət 
barmağımı yerə bərk-bərk sürtdüm, gördüm həqiqətən 
də  ağrımır.  İki  gündən  sonra  barmağımdakı  ziyil 
tamamilə yoxa çıxdı. O hadisədən sonra məndə pirə və 
onun tütyəsinə qarşı inam yarandı. Bəlkə də o tütyənin 
dağılması  və  mənim  yaralı  barmağımla  ona  toxun-
mağım bir qismət imiş ki, məndə inam yaransın. 
 
Türbəni sökənlər peşman oldular 
 
uxarıda qeyd etdim ki, Ağbil pirində üç türbə 
olmuş, onlardan biri sovet dönəmində sökül-
müşdür. Həmin hadisənin şahidi olanlar söhbət edirlər 


Övliyalar məkanı. Quba mahalı 
 
49 
ki,  otuzuncu  illərdə  əsgərləri  gətirib,  günbəzin  birini 
sökdürürlər  və  kərpiclərini  başqa  bir  binanın  tikintisi 
üçün maşına yükləyirlər. Ancaq nə qədər cəhd etsələr 
də,  maşın  yerindən  tərpənmir.  Sonda  əlacsız  qalıb, 
kərpici yerə boşaldırlar. Əsgərlərə əmr verən şəxs isə 
həmin yerdə infarkt keçirir və xərəkdə qayıdır. 
Ağbil  kəndinin  yetmiş  dörd  yaşlı  sakini,  kitab-
xanaçı Şəfiyeva Sara Hüseyn qızı söhbət edir ki,  mən 
uşaq  olanda,  dağa  gedən  və  yaxud  dağdan  qayıdan 
çobanlar Ağbil pirində düşərgə salar, heyvanlardan bir 
neçəsini    burada  qurban  kəsərdilər.  Kənd  camaatına 
elan  edərlərmiş  ki,  hamı  gəlib  qurban  payını  aparsın. 
Çobanlar  söhbət  edirlərmiş  ki,  ata-babalarımızın 
vəsiyyətinə  görə,  sökülmüş  türbənin  yerində  qotur 
xəstəliyinin  şəfası  var,  biz  heyvanlarımızı  həmin 
türbənin ətrafına fırladanda və qurban kəsəndə həmin 
ili qotur olmurlar.      
 
 
 
CABBAR BABA 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
uba 
rayonunun  
Xınalıq  kəndində 
dünyaya 
gələn 
böyük 
övliyalardan  olan  Cabbar 


Paşa Yaqub 
 
 
50 
baba  Həzrət  Əbu  Müslimin  nəslindəndir.  Əbu 
Müslimin  əsl  adı  Abdurrahmandır.  Əbu  Müslim 
Həzrəti  Peyğəmbərin  hicrətindən  üç  yüz  il  sonra 
Azərbaycan  və  Dağıstana,  Qirxlar  baba  və  başqa 
səhabələrdən  sonra  İslam  dinini  yaymaq  üçün  on  bir 
oğlu ilə birlikdə gəlmişdir. Deyilənlərə görə Nəsrəddin 
adlı  oğlunu  Xınalıq  kəndinə,  Camal  adlı  oğlunu  da 
Qubaya  göndərmişdir.  Getdiyi  hər  yerdə  bir  məscid 
inşa etdirmişdir. O cümlədən Xınalıq kəndindəki Əba 
Müslim cümə məscidini də o tikdirmişdir. 
Abdulcabbar  baba  da  bu  nəsildəndir.  Onda  hələ 
kiçik  yaşlarından  qəribə  hallar  zahir  olurdu.  Abdul-
cabbar baba ilk təhsilini dünyaya gəldiyi Xınalıq kən-
dindəki  mədrəsədə  almışdır.  Bir  müddət  təfsir,  fiqh, 
hədis və digər elimləri təhsil etdikdən sonra həmyaşıdı 
Əhməd əfəndi ilə birlikdə Qəbələ rayonunun Vəndam 
kəndində  yaşayan  Nəqşibəndi  şeyxi  Dərviş  babanın 
müridi olmuşlar. Dərviş Baba Xalid Bağdadinin xəli-
fəsi  olan  Mövlanə  Hacı  İsmail  Kürdəmirlinin  xəlifə-
sidir.  Azərbaycan  təsəvvüf  tarixində  Şəkili  Dərviş 
baba adı ilə məşhurdur, əsil adı Muhəmməd əfəndidir. 
Uzun  zaman  Dərviş  babanın  yanına-gəlib  getmiş, 
söhbətlərində iştirak etmiş və feyzlər almışlar. 
Abdulcabbar  Babanın  evində  kiçik  xəlvətxanası 
vardır.  Oraya  girərək  ildə  iki  dəfə  qırx  gün  insanlala 
görüşmədən ibadət və zikrlə məşğul olmuşdur. Həmin 

Övliyalar məkanı. Quba mahalı 
 
51 
xəlvətxana onun evində indi də mövcutdur, bu gün də 
cammat oranı ziyarət edir. 
Məşhur  Seyidqələm 
Baba  Abdulcabbar  Ba-
banın  nəvəsidir.  Abdul-
cabbarın  iki  oğlu  olub. 
Birinin  adı  Abdullah, 
digərinin  adı  Abdurrah-
man.  Seyidqələm  Baba 
Abdurrahmanın  oğlu-
dur.  Seyidqələm  Baba  hələ  kiçik  yaşlarından  elmlə 
məşğul olmuş, Əhməd Əfəndidən dərs almışdır. 
Seyiqələm  Babanın  həyətində  arı  səbətləri  var 
imiş. Bir nəfər onun bal səbətini oğurlamaq istəmişdi. 
Balı  alıb,  kəndin  işindən  keçib  gedir,  bir  xeyli  uzaq-
laşır. Bu zaman evində insanlarla söhbət edərək, onları 
irşad  edən  Seyidqələm  Baba  yanındakılardan  birinə 
deyir ki, “Dur get, bayırda əlində səbət olan bir nəfər 
var.”  Həmin  adam  gedib,  onu  övliyanın  göndərdiyini 
bildirir.  Oğru  bir  də  baxır  ki,  sən  demə  heç  yerə 
getməyib, damın üstündə təpik döyübmüş. Etdiyi işinə 
peşman olub, Seyidqələm Babanın əlindən tövbə edir. 
Adam bal səbətini qoyub 
getmək  istəmişdir.  Lakin 
Seyidqələm  Baba  balı 
ona hədiyyə vermişdir. 
Seyidqələm  babann 
oğlu  Abdurrəhim  baba-

Paşa Yaqub 
 
 
52 
dır.  O  da  bir  çox  kəramətləri  olan  Allah  dostu  idi. 
Susay  kəndindən  Abdurrəhim  babaya  ot  biçimi 
zamanı  köməyə  gələn  iki  nəfər  yolda  acdıqlarından 
bir-  birinə  deyirlər  ki,  “Nə  olaydı  ki,  biz  gedəndə 
Abdurrəhim  baba  bizə  bal,  yağ  ilə  çörək  verərdi.” 
Kəndə  gəlib  Abdurrəhim  babanın  hüzuruna  çatanda 
baba  onlara:  “Gəlin  bal,  yağla  çörək  yeyin,  sonra  ot 
biçməyə gedərsiz” -  deyir. Onlar isə utandıqlarından 
yemək istəməyiblər. Abdurrəhim baba isə onlara: “Bəs  
yolda  bir- birinizə  baba  bizə bal  çörək versəydi  yaxşı 
olardı  demirdiniz?”  –  deyərək  kəramətini  zahir 
etmişdir. 
 Həyatlarında  insanlara  faydalı  olduqları  kimi, 
vəfatından sonra da dərdlərə dəvadırlar. Hər gün neçə-
neçə  övliyasevər  onların  şərif  məzarlarını  ziyarət 
edərək, niyyətlərinə çatırlar. 
 
BABADİLİM PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
 
 
 
 
 
 

Övliyalar məkanı. Quba mahalı 
 
53 
abadilim  piri  adıyla  tanınan  günbəz  Quba 
rayonunun Hapıt kəndində yerləşir. Günbəzin 
içərisində iki övliyanın qəbri vardır. Binanın divarının 
çöl  tərəfində  müxtəlif  dövrlərdə  ərəbcə  yazılmış  üç 
ədəd  daş  kitabə  vardır.  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  professoru  Məşədixanım  Nemətova 
burada  tədqiqat  apararkən  belə  qənaətə  gəlmişdir  ki, 
divardakı  daş  kitabələr  əv-
vəlcə  kəndin  başqa  yerində 
olan zaviyə binalarının üzə-
rində  olmuş,  hansı  səbəb-
dənsə  ora  uçduğundan,  hə-
min  kitabələr  sonradan  bu 
binaya  hörülmüşdür.  Di-
vardakı  birinci kitabəni M. 
Nemətova  aşağıdakı  kimi 
tərcümə etmişdir: 


Paşa Yaqub 
 
 
54 
 “Allahdan başqa Allah yoxdur. Məhəmməd Onun 
elçisidir.  Bu  mübarək  zaviyə  binası  tikilmişdir. 
Əzəmətli  şeyxlərin  şeyxi  Şeyx  Kamil  və  Şeyxzadə  və 
Şeyx  Mir  Hacı  və  Şeyx  Səid  və  Şeyx  Cami  və  Şeyx 
Tahir və Şeyx Camal və Şeyx Rəhim və Şeyx Ağa, Mir 
Məhəmməd və Şeyx Səid və Şeyx Şirzad”.  
 
İkinci    kitabə  ərəbcədən  aşağıdakı  kimi  tərcümə 
edilmişdir: 
 “Allahdan  başqa  Allah  yoxdur.  Məhəmməd  Alla-
hın Peyğəmbəridir, Əli Allahın köməkçisidir. Bu bina-
nı  möhkəmlənmiş,  qalibiyyətli,  zəfərli  şah  Səfiəddinin 
(hakimiyyəti)  dövrünün  əvvəllərində  Soltan  Fərrux 
tikdirmişdir.”   
Üçüncü kitabənin isə tərcuməsi belədir: 
“Qarqiçay və Kükcə Badkuinin səyi və ustadlığı ilə 
min otuz səkkizinci il tarixdə (1623-1624)” 
Dördüncü kitabədə yazılıb: 

Övliyalar məkanı. Quba mahalı 
 
55 
“Şeyx  Arif  Nurunun  oğlu  ibn  Məhəmməd  bağış-
lanmış,  vahid  Allaha  inanan  Fətəlixan...  Allah  onun 
hökümranlığını  əbədiləşdirsin...  ustadları  Cəfər  və 
şamaxılı Haşim”. 
Yazılardan belə qənaətə gəlmək olur ki, burada X-
XI  əsrlərdə  sufiliklə  bağlı  bir  mərkəz  olmuş,  kitabə-
lərdə  adları  çəkilən  şeyxlər  də  həmin  zaviyədə 
fəaliyyət göstərmişlər.  
 
Kənd əhalisi övliyanın qəzəbinə gəlib 
 
abadilim pirini ziyarət edərkən Hapıt kəndinin 
ağsaqqalları  mənə  pirlə  bağlı  maraqlı  əh-
valatlar  danışdılar.  Əhvalatlardan  biri  adını  çəkmək 
istəmədiyim  qonşu  kəndin  camaatına  aiddir.  Belə  ki, 
hər  il  bu  kəndin  əhalisi  üç  illik  bir  cöngə  alıb, 
Babadilim  pirində  qurban  kəsirlər.  Neçə  əsrlərdir  ki, 
davam  edən  bu  ənənənin  maraqlı  bir  tarixçəsi  vardır. 
Həmin tarixçəni diqqətinizə çatdırmağı lazım bilirəm. 
Əhvalat belə olmuşdur: 
Pirdə dəfn olunan övliyanın sağlığında onun üçillik 
bir  cöngəsi  itir.  Övliya  duyumla  bilir  ki,  heyvanı 
həmin  qonşu  kənddən  kimsə  tutub.  Kənd  camaatına 
sifariş göndərir ki, heyvanı buraxsınlar. Amma camaat 
sözü  bir  yerə  qoyaraq,  yalandan  and-aman  edir  ki, 
heyvan  bizim  kənddə  tutulmayıb.  Üçüncü  gün  Şeyx 
özü  həmin  kəndin  məscidinə  gələrək,  ağsaqqallara 
deyir  ki,  bilirəm,  heyvanım  bu  kənddə  tutulub  və  siz 


Paşa Yaqub 
 
 
56 
onu  tutanı  tanıyırsınız.  Xahiş  edirəm  həmin  adama 
deyin, heyvanı qaytarsın. Camaat yenidən and içir ki, 
cöngə  bu  kənddə  tutulmayıb.  Övliya  naəlac  qalıb, 
üzünü kəndə sarı tutaraq: “Ay heyvan, sağsansa dirin 
gəlsin,  kəsilmisənsə  dərin  gəlsin”  –  deyir.  Belə  de-
dikdə, Qüdrəti-İlahidən kəramət hasil olaraq, heyvanın 
dərisi kənddəki həyətlərin birindən diyirlənə-diyirlənə 
çıxaraq,  gəlib  camaatın  qabağında  dayanır.  Bayaq 
and-aman edən adamlar bu möcüzəni görəndən sonra, 
utandıqlarından  başlarını  aşağı  salırlar.  Belə  olduqda 
övliya üzünü onlara tutaraq: “Sizi görüm yeddi bölük 
olasınız  və  sözünüz  bir  yerə  düz  gəlməsin.  Uşaqla-
rınızın  beşiyindən  ilan  çıxsın”  –  deyərək, kənd  əhlini 
qarğıyir. 
Deyilənə  görə  həmin  gündən  kənd  yeddi  bölük 
olur və heç vaxt sözləri bir yerə düz gəlmir. Ən dəh-
şətlisi  də  odur  ki,  körpə  uşaqların  beşiyində  ilan  gö-
rünməyə  başlayır.  Bundan  sonra  camaat  pul  topla-
yaraq,  üçillik  bir  cöngə  alırlar,  Şeyxin  həyətində 
qurban  kəsərək,  üzr  istəyirlər.  Həmçinin  söz  verirlər 
ki, beşiklərdə ilan görünməsin, hər il kənd camaatı bir 
baş üçillik cöngə alaraq, burada qurban kəsəcəklər.  
Bundan  sonra  uşaqların  beşiyində  ilan  gözə 
dəymir.  Camaat  əhdinə  əməl  edərək,  hər  il  qurbanı 
gətirib  Babadilim  pirində  kəsirlər.  Üstündən  əsrlər 
keçməsinə baxmayaraq, hələ də bu ənənə davam edir. 

Övliyalar məkanı. Quba mahalı 
 
57 
eri  gəlmişkən,  bu  əhvalat  yadıma  Quran-
Kərimdə  bəhs  olunan  Sleh  Peyğəmbərin 
dəvəsinin kəsilməsi hadisəsini saldı: 
...“Ey camaatım! Allahın bu dəvəsi sizin üçün bir 
möcözədir.  Qoyun  Allahın  torpağında  otlasın,  ona 
bir  pislik  etməyin,  yoxsa  şiddətli  bir  əzaba  düçar 
olarsınız!  Lakin  onlar  tutub  kəsdilər...”.  Quran, 
“Hud” surəsi, 64-65.          
   
Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin